Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu olub
İdman

Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu olub

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalı qazanıb.

Milli Paralimpiya Komitəsindən "Respublika"ya verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.