Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
İdman

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə üç mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib.

"Respublika" xəbər verir ki, Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada Tokio-2020-də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medal qazanıb.

Nina Kristen gümüş, çinli Jiayu Han bürünc medalla kifayətlənib.

Qadınların mübarizəsindən sonra kişi idmançıların yarışı baş tutub. Çini təmsil edən atletlər qızıl medal uğrunda yarışıblar. Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467.3).

Onun həmyerlisi Linşu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.