AFFA İcraiyyə Komitəsi Canni De Byazi ilə bağlı fövqəladə iclas keçirəcək
İdman

AFFA İcraiyyə Komitəsi Canni De Byazi ilə bağlı fövqəladə iclas keçirəcək

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

“Respublika” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 22-də qurumun inzibati binasında təşkil olunacaq yığıncaq saat 10:00-da başlayacaq.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək, italiyalı mütəxəssislə müqavilə müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin avqustundan yığmaya başçılıq edən 67 yaşlı çalışdırıcının AFFA ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq.