Çinin cənubunda qırmızı təhlükə səviyyəsi elan olunub
Dünya xəbərləri

Çinin cənubunda qırmızı təhlükə səviyyəsi elan olunub

Çinin cənubundakı Şençjen şəhərində güclü yağış səbəbindən ən yüksək - qırmızı təhlükə səviyyəsi elan olunub.

"Respublika" xarici KİV-ə istinadla xəbər verir ki, şəhərin meteorologiya stansiyasının məlumatına görə, 17 milyondan çox insanın yaşadığı meqapolisin ərazilərinə üç saat ərzində 100 millimetr yağıntı düşüb.

ÇXR-in hakimiyyət orqanları leysan xarakterli intensiv yağıntılar, dağlıq ərazilərdə daşqınlar və torpaq sürüşmələri ilə bağlı yerli sakinləri xəbərdar edib. Onlardan ehtiyat tədbirlərinə əməl etmələri, təhlükəli ərazilərdən uzaq durmaları tövsiyə olunub. Şiddətli yağışlar Şençjen şəhərinin Beynəlxalq Hava Limanının fəaliyyətini pozub.