Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var
Siyasət

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

Biz Avrasiya İqtisadi Birliyinin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.

"Respublika" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Avrasiya İqtisadi Birliyinin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.