Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib
Ekologiya

Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib

Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər davam edir. Bununla əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni yaradılan “Şəfəq” qəsəbəsində, Bakı Mühəndislik Universitetində, o cümlədən ərazidə fəaliyyət göstərən bağça və ümumtəhsil məktəblərinin həyətyanı sahələrində təmizlik və ağacəkmə aksiyası keçirib.

"Respublika" xəbər verir ki, bu dəfəki tədbirlər zamanı 1000 ədəd müxtəlif növ ağac əkilib. Aksiyada, həmçinin şəhid ailələri, müharibə iştirakçıları, Abşeron könüllüləri, şagird və müəllim kollektivləri iştirak edib.

Yeni əkilmiş ağaclara üzvi gübrə verilib, suvarılıb və lazımi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazilərdə ümumi təmizlik və abadlıq işləri həyata keçirilib.