“Sumqayıt” və “Zirə” klubları arasında 4 oyunda 1 qol vurulub
İdman

“Sumqayıt” və “Zirə” klubları arasında 4 oyunda 1 qol vurulub

Azərbaycan Premyer Liqasında XXX turunda üz-üzə gələn “Sumqayıt” və “Zirə” komandaları mövsüm ərzində 3-cü dəfə qolsuz bərabərliklə ayrılıblar.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir görüşdə isə Bakı klubu minimal hesabla qalib gəlib.

Rəqiblərin 4 duelində cəmi 1 qol vurulub. Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – 2012/13 mövsümündə “Qarabağ”la “Simurq” arasında 4 matçda 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.

“Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdirlər. Mütləq rekord isə 2009/10 mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran” arasında 4 matç qolsuz başa çatıb.