Azərbaycanın turizm imkanları tanıdılır
Sosial həyat

Azərbaycanın turizm imkanları tanıdılır

Azərbaycan Turizm Bürosu fevralın 20-də Bakıda keçirilən "Luxury Travel Mart (Spring edition)" adlı silsilə tədbirdə təmsil olunub.

Tədbir çərçivəsində 25-ə yaxın B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib, əməkdaşlıq əlaqələri qiymətləndirilib.

Görüşlər zamanı Azərbaycanda yaz-yay turizm mövsümü, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, müalicəvi kurortlar təbliğ edilib.

Həmçinin görüş iştirakçılarına ölkəmizdə keçiriləcək konsertlər və bu növ irimiqyaslı tədbirlər, Bakı və Bakıətrafı mədəni irs obyektlərinə ekskursiyalar haqqında məlumat verilib.

Silsilə tədbirlər fevralın 23-də Özbəkistanın Daşkənd, fevralın 26-da Qazaxıstanın Almatı və 29 fevral - 1 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək.

"Respublika".