Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Gündəm

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Respublika" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, mərkəz istiqamətində;

4. Qara Qarayev prospekti, “Koroğlu” metro stansiyası istiqamətində;

5. Babək prospekti, mərkəz istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.