Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovdan
Məktublar

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının üzvləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə uğurla inkişaf etməkdə və sosial-iqtisadi tərəqqi yolunda irəliləməkdə davam edir, təkcə regional miqyasda deyil, həm də beynəlxalq arenada inamlı və nüfuzlu mövqelər qazanır.

Sizin daimi diqqətiniz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən Tatarıstan Respublikası arasında dostluğa, qarşılıqlı hörmətə və xalqlarımızın dəstəyinə əsaslanan əməkdaşlığın üfüqləri genişlənir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, siyasi arenada isə yeni-yeni uğurlar və daim tərəqqi arzulayıram.

Hörmətlə,

Ramiz MƏMMƏDOV,

Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri.