İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyevdən
Məktublar

İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İtaliyanın Milan şəhərində diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan Mədəniyyət Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Sizin daxili və xarici siyasətinizin uğurlu nəticələrini böyük maraqla və iftixar hissi ilə izləyirik. Uzaqgörən siyasətiniz və müdrik liderliyiniz sayəsində Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzunu görməkdən böyük məmnunluq duyuruq, hər bir addımınızı qürurla dəstəkləyirik. Ölkəmizin tarixində açdığınız şanlı səhifə üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin dediyiniz “Bizim gücümüz birliyimizdədir!” ifadəsi hamımızın həyat devizidir. Siz bizim fəxrimizsiniz. Biz Vətən sevdalısı olaraq hər zaman Sizi dəstəkləyirik və dəstəkləyəcəyik.

Hörmətlə,

Mais NURİYEV,

İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri.