Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": Prezident İlham Əliyev Xankəndidə hərbi paradı qəbul edib

"Vestnik Kavkaza" xəbər saytı Azərbaycanda Zəfər Gününün qeyd olunması haqqında xəbər yayımlayıb. Yazıda qeyd edilib ki, Xankəndi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə hərbi parad keçirilib. Bayram paradında 44 günlük müharibə zamanı düşmənin qənimət götürülən hərbi texnikası nümayiş etdirilib.

"Turkic World": Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi paradda

 iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidə keçirilən rəsmi hərbi paradda iştirak ediblər.

"Anadolu Agentliyi": Azərbaycan Vətən müharibəsində qazandığı qələbənin 3-cü ildönümünü qeyd edir

Qarabağ bölgəsinin erməni işğalından azad edilməsinin 3-cü ildönümü münasibətilə paytaxt Bakıda Zəfər Günü yürüşləri keçirilib. Əsgər və veteranların iştirak etdiyi yürüşlərlə yanaşı, respublika ərazisində müharibə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yürüşlər Gəncə, Bərdə, Füzuli, Laçın, Zəngilan şəhərlərində də keçirilib.

"İslamabad post": Azərbaycanın Zəfər Günü qeyd olunub

"İslamabad post" xəbər saytı yazır ki, Pakistanın informasiya və yayım üzrə federal naziri Murtaza Solanqi, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov və başqaları Azərbaycanın Zəfər Gününü qeyd ediblər. Azərbaycanın Pakistandakı səfirliyində çıxışı zamanı iki ölkə arasında münasibətlərindən danışan X.Fərhadov Pakistanın həm keçmiş Qarabağ münaqişəsi, həm də Vətən müharibəsi zamanı Azərbaycana siyasi-mənəvi dəstək göstərdiyini vurğulayıb. Tədbirdə, həmçinin Azərbaycanın tarixi qələbəsini, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, eləcə də Pakistanın Azərbaycanla həmrəyliyini əks etdirən videoçarx nümayiş etdirilib.

"Nova.news": Azərbaycan və Xorvatiya enerji sahəsində əməkdaşlığın gücləndirilməsində

maraqlıdır

"Nova.news" xəbər saytı Xorvatiyanın baş naziri Andrey Plenkoviçin Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən sonra verdiyi açıqlamalar haqqında yazı dərc edib. Baş nazirin sözlərinə görə, Azərbaycan Xorvatiya üçün strateji baxımdan vacib tərəfdaşdır, çünki neftin 90 faizindən çoxu Bakıdan idxal olunur. Baş nazir, həmçinin ölkəsinin Azərbaycandan təbii qazın Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçərək Xorvatiyanın Krk adasındakı LNG terminalına daşıyacaq İon-Adriatik (IAP) boru kəmərinin yeni qolunun tikintisi layihələrini də dəstəklədiyini bildirib.

Bundan başqa, görüş zamanı baş nazir Andrey Plenkoviç və Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın gücləndirilməsi, Xorvatiya şirkətlərinin Azərbaycan bazarında əczaçılıq və qida sənayesində fəaliyyətinin genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

"Respublika".