Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı
Siyasət

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əraziyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.