Silsilə tədbirlər davam edir
Mədəniyyət

Silsilə tədbirlər davam edir

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verir.

Bu çərçivədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi iyunun 27-i saat 14:00-da  Gəncə Dövlət Dram Teatrında “Ələddin, şahzadə Jasmin və çıraqdakı Cinin macəraları” tamaşasını nümayiş etdirəcək.

“Respublika”.