Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Dünyada bir ilk: süni insan embrionu hazırlandı

Böyük Britaniyanın Kembric ABŞ-ın Kaliforniya universitetinin alimləri ilk dəfə olaraq kişi qadın hüceyrələri olmadan sintetik insan embrionları  hazırlayıblar. Elm adamları bu üsulla sonsuzluq genetik xəstəliklərin səbəblərini öyrənəcəklərinə  ümid edirlər.

"The Guardian" qəzetinin məlumatına görə, alimlər kök hüceyrələri yenidən proqramlaşdıraraq insan embrionuna bənzər modellər istehsal ediblər. Amma buna baxmayaraq, klinik şəraitdə sintetik  embrionların istifadəsi üçün qısamüddətli perspektivlər yoxdur. Çünki bu embrionların xəstənin bətninə yerləşdirilməsi mövcud qanunvericiliyə ziddir. Buna görə embrionların ilkin mərhələdən sonra yetkinləşmə potensialının olub-olmadığı  məlum deyil. Alimlər yalnız 14 gün qanuni limitə qədər laboratoriyada embrion yetişdirə bilərlər. Bu səbəbdən hazırda təcrübələr dayandırılıb.

Onu da qeyd edək ki, elm adamları insan embrionlarını yaratmazdan əvvəl artıq öz texnologiyalarını siçan meymunların kök hüceyrələrində sınaqdan keçirərək dünyada ilk sintetik embrion istehsal etməyə müvəffəq olmuşdular.

 

Beyni oxuyan alqoritm yaradılıb

Çinli elm adamları insanın beyin fəaliyyətini öyrənə bilmək baxımından önəmli bir ilkə imza atıblar. Belə ki, alimlər insanların beynindən keçənləri Mandarin Çincəsində (Çində ən çox danışılan ləhcə) ifadə etməyi bacarıblar.

Tədqiqatçılar Mandarin Çincəsində fərqli intonasiya   mənalarda deyilən kəlimələri  səs tonunu tanıyan alqoritmlərə uyğunlaşdırıblar. Tədqiqatda beyin siqnallarını qeyd edən elektrofizioloji görüntüləmə növü olan "elektrokortikoqrafiya"dan  istifadə edilib.

Beyin şişi əməliyyatı aparılan 5 xəstənin beyninə elektrodlar yerləşdirən tədqiqatçılar əməliyyat zamanı onlardan bir sözü fərqli tonlarda söyləmələrini istəyiblər. Tədqiqat zamanı elektrodlar beyin fəaliyyətini qeyd edərkən istifadə edilən  model sayəsində beyin siqnallarındakı ton hecalar deşifrə edilib.

Onu da qeyd edək ki, beyin-kompüter interfeysi texnologiyasındakı irəliləyişlər nəticəsində insanların beynindən keçənlər artıq ingilis yapon dillərində qısa kəlimələrlə ifadə olunur.

Çinin Fudan, Tienjin ŞanxayTech Universitetinin tədqiqatçılarının birgə apardığı araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub.

 

"Xiaomi" ilk elektromobilini təqdim edəcək

"Xiaomi" şirkəti aktiv şəkildə yeniliklərə imza atmağa davam edir. Bu dəfə isə o öz ilk elektromobili üzərində çalışır. Gözləntilərə əsasən şirkətin ilk elektromobili bu il təqdim olunacaq. Onun satışına isə gələn ilin birinci yarısında start veriləcəyi planlaşdırılır.

Məlumata əsasən "Xiaomi"nin elektromobili test edilərkən yenidən avtomobil yollarında görünüb. Görünür, şirkət onun testlərini aktiv şəkildə davam etdirir. Elektromobilin təqdim edilmiş fotolarından da görmək olar ki, onun  gövdəsi xüsusi qara örtüklə əhatə olunub. Lakin bununla belə elektromobilin gövdəsinin ümumi konturlarını şarj girişini görmək mümkündür.

İlkin məlumatlara əsasən "Xiaomi"nin ilk elektromobili MS11 adlanacaq. Onu da qeyd etmək lazımdır ki, elektromobil idman avtomobillərinin dizaynına sahib olacaq özündə LiDAR skanerini birləşdirəcək.

 

Süni zəka ilə bağlı qanun qəbul edilib

Avropa Parlamenti süni zəka ilə bağlı qanun qəbul edib. Qəbul edilmiş bu qanun üz tanınması üçün süni zəka əsaslı proqram təminatlarının istifadəsini məhdudlaşdıracaq. Bununla yanaşı, qanun ChatGPT çat-botu kimi süni zəka sistemlərinin tərtibatçılarından bu cür sistemlərin yaradılması zamanı istifadə edilən məlumatlar barəsində daha çox informasiyanın təqdim edilməsini tələb edəcək.

Məlumata görə, sözügedən qanunun yekun versiyası bu ilin sonuna kimi qəbul ediləcək. Yeni qanun ətrafında əsas müzakirə mövzularından biri üz tanıma sistemlərinin istifadəsi olub. Avropa Parlamenti real zaman ərzində bu cür sistemlərin istifadəsinin qadağan olunmasının lehinə səs verib. Lakin bu mövzuda milli təhlükəsizlik digər hüquq-mühafizə məqsədləri üçün istisnaların edilməsi barəsində suallar yaranıb.

Yeni qanunun bir hissəsi, həmçinin süni zəka üçün məlumatlar bazasının yaradılması məqsədilə böyük şirkətlərə sosial şəbəkələrdən insanların biometrik məlumatlarının yığılmasını da qadağan edir. Avropa Parlamenti üstəlik hüquq-mühafizə orqanlarına sərhəd xidmətlərinə yerlərində o cümlədən təhsil müəssisələrində emosiyaların təyini texnologiyalarından istifadəni qadağan edib. Böyük riskə sahib süni zəka sistemlərinin təsnifatı genişləndirilib. Siyahıya Avropa Parlamentinin fikrincə sağlamlığa, təhlükəsizliyə, əsas hüquqlara sosial mühitə ciddi zərər yetirə o cümlədən seçicilərlə seçki nəticələrinə təsir göstərə biləcək süni zəka sistemləri daxil edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".