Qanvermə aksiyası
Sosial həyat

Qanvermə aksiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  və  Birinci  vitse-prezident Mehriban  xanım Əliyevanın diqqət  və  qayğısı  sayəsində talassamiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək dövlətimizin humanitar siyasətinin əsas istiqamətlərindəndir.  İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə rayonda  qanvermə aksiyası keçirildi. İmişli rayonunun  Mərkəzi  Xəstəxanasının inzibati  binasında təşkil edilən aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların  kollektivləri  və rayon sakinləri iştirak etdilər. Aksiya  zamanı  yığılan  qan  ehtiyatı  yoxlanılaraq  talassemiya,  hemofiliya  və digər qan xəstəliklərindən əziyyət  çəkən  insanlar  üçün  istifadə  olunacaq. Respublikada  artıq ənənə  halını alan bu nəcib aksiyaya  İmişli  rayonundan  150 dən artıq könüllü qoşulub.

            Ərəstun ABDULOV,     

            “Respublika”.