DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA DONBASDA BÖYÜK HÜCUMABAŞLAYA BİLƏR

Yaxın bir neçə gün ərzində Ukraynanın Donbasda "böyük hücumu" gözlənilir. “Reportagentliyinin məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin Müdafiə komitəsinin sədri Tobias Ellvud bəyan edib. Onun sözlərinə görə, əməliyyatlar sürətli olacaq tez bitəcək.

Bununla yanaşı, britaniyalı parlamentari bildirib ki, Rusiya Müdafiə Nazirliyi iləVaqnermuzdlu hərbi təşkilatı arasında ziddiyyət hökm sürür. “Ruslar Ukraynanın hücumlarının haradan başlayacağını hələ bilmirlər”, - deyə komitə sədri vurğulayıb.

Eyni zamanda, Tobias Ellvud müttəfiqləri Ukraynaya daha çox tank, “F-16” qırıcıları uzaqmənzilli raketlər verməyə çağırıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri son günlərdə Donbas Zaporojye vilayətlərinin bir neçə yaşayış məntəqəsini işğaldan azad ediblər.

 

ABŞ BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASININ STRUKTURUNA DƏYİŞİKLİK EDİLMƏSİNİ İSTƏYİR

Cozef Bayden administrasiyası BMT- olan etimadın bərpası üçün Təhlükəsizlik Şurasının strukturuna dəyişiklik edilməsi istiqamətində fəaliyyət aparır. Bu barədəThe Washington Postqəzeti məlumat yayıb.

Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib.

Məlumata əsasən, ABŞ prezidenti Cozef Baydenin BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfield bu ilin payızında Nyu-Yorkda keçiriləcək illik sessiya öncəsi təşkilatın üzvü olan 193 ölkədən olan diplomatlarla Təhlükəsizlik Şurasının genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.

Verilən xəbərə görə, ABŞ Təhlükəsizlik Şurasına veto hüququ olmayan daha 6 daimi üzvün əlavə edilməsinə çalışır.

Xatırladaq ki, Cozef Bayden ötən ilin sentyabrında Afrika Latın Amerikasından yeni daimi üzvlərin müəyyən edilməsini dəstəklədiyini bildirib.

 

İRANIN VİTSE-PREZİDENTİ İSTEFA VERİB

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Möhsün Rezainin ofisindən bildirilib.

Məlumata görə, Möhsün Rezai istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib.

Bildirilir ki, bir müddət İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi.

Verilən xəbərə əsasən, ayətullah Xamenei prezident İbrahim Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib.

Xatırladaq ki, Möhsün Rezai 2022-ci ilin sentyabrında vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, bir müddət əvvəl İranın daha bir vitse-prezidenti Məsud Mirkazemi istefa vermişdi.

 

PAKİSTANDA QASIRĞA ÖNCƏSİ ƏHALİ EVAKUASİYA OLUNUR

Pakistana yaxınlaşanBiparjoysiklon qasırğası səbəbindən Sind əyalətinin sahil zolağında evakuasiya əməliyyatlarına başlanılıb. “Teleqraf.comun verdiyi xəbərə görə, əyalət hökuməti indiyədək Şah Bəndər adasından 2 min nəfəri təxliyə edərək təhlükəsiz ərazilərə yerləşdirib.

Məlumata görə, dövlət rəsmiləri siklon fırtınasının təsirli olacağı gözlənilən Badin bölgəsinin kəndlərindən 50 min insanı təxliyə ediləcəyini açıqlayıb. Əhalinin dənizə çıxmasının qarşısını almaq üçün Karaçi sahil yolu da nəqliyyata bağlanıb.

Bildirilir ki, qasırğanın iyunun 15- Pakistanın sahilyanı ərazilərini vuracağı gözlənilir. Səlahiyyətlilər iyunun 10-dan tufan təhlükəsi aradan qalxana qədər balıqçılara qayıqla üzməyi çimərliklərə girməyi qadağan edib.

Xatırladaq ki, 1999-cu ildə Saffir-Simpson şkalası üzrə üçüncü dərəcəyə bərabər olan fırtına Pakistanın Thatta bölgəsini vurması nəticəsində 6200 nəfər həlak olmuşdu.

 

BERLUSKONİYƏ GÖRƏ İTALİYADA MİLLİ MATƏM ELAN OLUNACAQ

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni iyunun 12- Milanda yerləşdirildiyi xəstəxanada 87 yaşında vəfat edib. Bu barədə məlumatı İtaliyanınCorriere della Seraqəzeti yayıb.

Verilən xəbərə əsasən, Silvio Berluskoninin dəfn mərasimi günü ölkədə milli matəm elan ediləcək. Qeyd edək ki, dəfn mərasimi iyunun 14- Milan kafedralında keçiriləcək.

Silvio Berluskoni bu il aprel ayının əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirilmişdi. O, xroniki leykozdan əziyyət çəkirdi. Xəstəliklə əlaqədar olaraq kimyaterapiya müalicə kursu keçmişdi. Daha sonra Berluskoni bir aydan çox MilandaSan Raffaeleklinikasında qalıb. İyunun 9-da yenidən xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Silvio Beluskoni 1936- il sentyabrın 29-da İtaliyanın Milan şəhərində doğulub. O, dörd dəfə İtaliya Nazirlər Sovetinin sədri (ölkənin baş naziri) olub.

 

NÜVƏ SİLAHLARININ SAYINDA ARTIM MÜŞAHİDƏ EDİLİR

Ölkələr silahlı qüvvələrini modernləşdirmək genişləndirmək üçün uzunmüddətli planları həyata keçirdikcə fəaliyyətdə olan nüvə silahlarının sayı artmağa başlayıb. “ReportagentliyininRBK-Ukraynaya istinadən verdiyi xəbərə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik təhlilində qeyd olunur.

Araşdırmaya əsasən, 9 nüvə dövləti - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya İsrail öz nüvə arsenallarını modernləşdirməyə davam edir 2022-ci ildə bir neçə yeni nüvə başlıqları əldə ediblər.

2023- ilin yanvar ayında təxminən 12512 ədəd olan döyüş başlıqlarının ümumi qlobal ehtiyatının təxminən 9576 ədədi potensial istifadə üçün hərbi ehtiyatlarda idi ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 86 ədəd çoxdur.

Məlumata əsasən, təqribən 3,8 min döyüş başlıqlı raketlər təyyarələrə yerləşdirilib, demək olar hamısı Rusiya ya ABŞ-a məxsus olan təxminən 2 min ədədi yüksək hazırlıq vəziyyətində, yəni raketlərə quraşdırılmış ya nüvə bombardmançılarının aviabazalarında saxlanılmış halda olub.

 

ALMANİYADA NATO-nun İRİMİQYASLI HƏRBİ HAVA TƏLİMLƏRİ BAŞLAYIB

Almaniyada NATO-nun irimiqyaslıAir Defender 2023” hərbi hava təlimlərinə start verilib. “TRTtelekanalının AlmaniyanınDPAagentliyinə istinadən verdiyi xəbərə görə, 12-23 iyun tarixləri arasında keçirilən təlimlərdə 25 ölkədən 10 min hərbçi iştirak edir.

Eyni zamanda, manevrlərə 250 təyyarə, o cümlədən ABŞ-ın beşinci nəsil çoxməqsədliF-35” qırıcıları cəlb olunub.

Bununla yanaşı, verilən xəbərə görə, TürkiyəninF-16” qırıcı təyyarələri Almaniyada keçirilən NATO hava təliminə qatılacaq.

Şimali Atlantika AlyansıAir Defender 2023” təlimləri çərçivəsində pilotsuz uçuş aparatları qanadlı raket hücumlarının dəf olunmasını məşq edəcək.

Qeyd edilir ki, hərbi təlimlərin məqsədi NATO-ya potensial hücum ssenarisi üzərində işləmək hərbi blokun istənilən təhlükəyə hazır olduğu barədə Rusiyaya açıq siqnal verməkdir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.