Yeni kitabın təqdimatı
Türk dünyası

Yeni kitabın təqdimatı

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası ilə birgə hazırlanan "Saqımbaydın Manası" kitabının təqdimatı keçirilib. Kitabın müəllifi "Manas" dastanını ən uzun səsləndirdiyinə görə Ginnes Rekordlar Kitabına daxil olan tanınmış qırğız manasçısı Rısbay İsakovdur.

9 iyun Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilir ki, kitabda  folklorşünaslar arasında eposun klassik variantı sayılan Sağımbəy Orozbakovun 9 cildlik dastanının poetik variantı təsvir edilir. "Saqımbaydın Manası" kitabında müəllif eposun mənalarının şərhləri ilə yanaşı, müxtəlif arxaizmlərin və başqa dillərdən götürülmüş sözlərin izahını verir.

Kitabın təqdimatında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Mirbek Karıbayev qeyd edib ki, Rısbay İsakovun kitabı nəsillər arasında mövcud olan bağlılığın bariz sübutudur. Türk dünyasının mədəni irsinin təbliği üçün önəmi yüksək qiymətə malikdir".

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedar çıxışında qeyd edib ki, "Manas" dastanı ümumi Türk tarixini və mədəniyyətini əks etdirən, eyni zamanda türkçülük şüurunu özündə ehtiva edən bir dastandır. Eposda bütün türk boyları ümumi adla çağırılır. Bu səbəbdən "Manas" dastanı təkcə qırğızlar üçün deyil, bütün Türk dünyası və türkçülük üçün böyük əhəmiyyət kəsb edir".

“Respublika”.