SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Şizofreniyanın bir səbəbi bu imiş...

Şizofreniyanın dəqiq səbəbi hələ müəyyən edilməmişdir. Ona görə   xəstəliyin nədən qaynaqlanması ilə bağlı araşdırmalar davam edir. Lakin  tibbə məlumdur ki, xəstəliyin yaranmasında beynin kimyəvi strukturunun pozulması, genetik ətraf mühit faktorları böyük rol oynayırAilədə şizofreniya ya başqa bir psixoloji xəstəliyi olan insanların isə bu xəstəliyə tutulma ehtimalı  daha yüksəkdir.

Bu yaxınlarda avstraliyalı alimlər araşdırma zamanı xəstəliyin yaranma səbəbi ilə bağlı daha bir faktı ortaya çıxarıblar. Elm adamları müəyyən ediblər ki, hamiləlik zamanı D vitamini çatışmazlığı uşaqlarda şizofreniya xəstəliyinin inkişafına təkan verə bilər.

Kvinslend Universitetinin  tədqiqatçıları laboratoriyada insanın erkən embrion inkişafı prosesini çoxaltmaq üçün ona cavabdeh olan beyin hüceyrələrini yetişdiriblər. Üstəlik, bəziləri aktiv vitamin D hormonu olmadan, bəziləri isə onunla birlikdə yetişdirilib. Məlum olub ki, bu vəziyyət birbaşa hüceyrə artımına təsir edir dopamin ifrazını artırır. Bu isə gələcəkdə şizofreniyanın inkişafına yol açır.

Mütəxəssislər belə qənaətə gəliblər kidopamin neyronlarının fərqləndirilməsi funksiyasında erkən dəyişikliklər həssas orqanizmdə dopamin disfunksiyasının nevroloji inkişafına səbəb ola bilər.

 

Hansı su daha faydalıdır: qaynanmış, yoxsa çiy?

İndiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki, həyat mənbəyi olan suyun sağlamlığa faydaları çoxdur. Orqanizmi toksik maddələrdən, o cümlədən dərini iltihabdan təmizləməyə qadir olan su, həm   həzmi asanlaşdırmaqla çəkini nəzarətdə saxlamağa kömək edir. Lakin  insanların çoxu suyu hansı şəkildə qəbul edəcəkləri barədə tərəddüd edirlər: qaynanmış, yoxsa çiy?

Həkimlərin hansı suyu içmək barədə fikirləri fərqlidir. Bəziləri suyu qaynatmanın bütün zərərli mikrobları öldürdüyünü buna görə sağlamlıq üçün faydalı olduğunu deyirlər. Digərləri isə deyir ki, qaynadılmış suyu sağlam hesab etmək olmaz, çünki təkcə bütün zərərli bakteriyalar deyil, həm faydalı bakteriyalar ölür. Ümumilikdə isə belə qənaətə gəlinib ki, böyüklərin qaynanmamış su içməsi daha faydalıdır. Qeyd edək ki, söhbət birbaşa kran suyundan yox, hər hansı bir cihaz vasitəsilə süzülən sudan gedir. Lakin uşaqlara isə yalnız qaynadılmış su vermək tövsiyə edilir.

Su 100 dərəcəyə qədər qaynadıldıqda, onun tərkibində olan yalnız təhlükəli bakteriyalar yox, həm çirklər yox olur. Üstəlik, belə su daha uzun müddət saxlanıla bilər (şüşə qablara tökmək şərti ilə). Bu isə marketlərdə  plastik butulkalarda satılan sulardan daha yaxşıdır. Çünki orada sağlamlığa zərərli təhlükəli heç yoxdur.

Unutmayın kimikrobioloji təhlükəsizlik baxımından qaynadılmış su hələ standart hesab edilir.

 

Şəkər xəstələri, pomidor yeyərkən diqqətli olun!

Türkiyənin tanınmış professoru Canan Karatay diabet xəstələrinə pomidor  istehlakı ilə bağlı xəbərdarlıq edib. O, pomidorun tərkibindəki təbii şəkərin diabet xəstələrinin qan şəkərinə mənfi təsir göstərdiyini vurğulayıb.

Onun sözlərinə görə, mətbəxdə demək olar ki, hər yeməkdə istifadə edilən, süfrələrdən əskik olmayan pomidor əslində bilindiyi qədər faydalı deyil.

Professor bildirib ki, pomidorun həddindən artıq istehlakı bədənimizə faydadan çox zərər verir. Pomidor istehlak edildikdə qarın boşluğunda həzm üçün ayrılan turşu bir çox həzm probleminə səbəb olur.

O, xüsusilə iyun iyul aylarında xəstələrin şəkər səviyyəsinin artmasının səbəbinin pomidor olduğunu vurğulayıb. Həzm baxımından çətin olan, mədə bağırsaqların işinə mənfi  təsir edən  tərəvəzin yaratdığı bu vəziyyətin sentyabr ayında azaldığı qeyd edilib.

Mütəxəssis, həmçinin deyib ki, sağlam qidalanma üçün səhər yeməyində az yağlı qoyun, keçi pendiri istehlak etmək olduqca faydalı hesab edilir. Amma pomidordan gün ərzində mümkün qədər az istifadə olunmalıdır. Xüsusən , diabet xəstələri yay aylarında buna daha çox diqqət etməlidirlər.

 

Ürək xəstəliklərindən qorunmaq istəyirsinizsə...

Məlumdur ki, yay ayları ürək xəstələri üçün təhlükəli dövr hesab olunur. Əlbəttə ki, səbəb havaların istiləşməsi, temperaturun yüksəlməsidir. Havaların istiləşməsi qanın qatılaşmasına səbəb olur ki, bu da qan dövranını çətinləşdirir, ürəyin ritmini pozur, nəticədə infarkt təhlükəsi artır. Lakin təhlükə təkcə ürək xəstələri üçün deyil, ümumilikdə hamı üçündür. Temperaturun yüksəlməsi hətta sağlam insanları belə təhlükə altında qoya bilər.

İstilik bədənin həddindən artıq su duz itkisinə reaksiyasıdır, adətən tərləmə ilə xaric olunur. İsti havalarda intensiv məşq etmək digər fiziki hərəkətlər sonda ürək çatışmazlığına gətirib çıxardır.

Ürək çatışmazlığı müalicə edilmədikdə isə insulta səbəb ola bilər. Yorğunluq, başgicəllənmə, başağrısı, həddindən artıq tərləmə, güclü susuzluq, zəiflik, nəfəs darlığı, ürəkdə döyüntü kimi simptomlarla  müşayiət olunan bu xəstəliyin qarşısını almaq üçün gün ərzində bol su içmək müəyyən qidalar qəbul etmək tövsiyə olunur.

Mütəxəssislər tərkibində elektrolitlər olan kokos  suyu içməyi məsləhət görürlər. Belə ki, bu içki bədənin hüceyrələrində maye səviyyəsini saxlamağa kömək edir. Qarpız da belə qidalar içərisində yer alır. Tərkibi 92 faiz sudan ibarət olan bu giləmeyvə susuzlaşmanın qarşısını almaq üçün əla vasitədir. Xiyar  da qarpız kimi, yüksək su tərkibinə malikdir isti havalarda bu tərəvəzdən istifadə əlverişli hesab olunur. Nanə yeməklərdə, kokteyllərdə, suda hətta sadəcə, çeynəməklə istifadə edilə bilər. Nanədə olan mentol bədəninizə soyuqluq hissi verərək, dəridə soyuğa həssas reseptorları işə salır, nəticədə soyuqluq hissi yaradır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".