AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Reuters": Azərbaycan Ermənistan Rusiyanın vasitəçiliyi ilə nəqliyyat blokadasını aradan qaldırmağa yaxındır

"Reuters" xəbər agentliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 19 may 2023- il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması ilə keçirdikləri görüş barədə xəbər yayıb.

Xəbərdə deyilir: "Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü bildirib ki, Ermənistan Azərbaycan nəqliyyat blokadasını aradan qaldırmağa  yaxındır, lakin iki ölkə arasında sülh sazişinin bağlanması üçün daha çox tələb olunur".

"Reutersxəbər saytı yazıb: "Sergey Lavrov hər iki ölkənin xarici işlər nazirlərinin görüşündə vasitəçilik etdikdən sonra çıxış edərək deyib ki, Rusiya 2020-ci ildə 44 günlük müharibəni dayandırmaq üçün atəşkəsin təmin edilməsinə kömək etdi, lakin razılaşma möhkəm sülhə səbəb olmadı sərhəd boyunca silahlı toqquşmalar adi haldır. Ümid edirik ki, nəticə müsbət olacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındır".

 

"MENAFN": Avropa Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraqlıdır

"MENAFN" xəbər saytı Azərbaycan-Litva əlaqələrinin fonunda Avropa-Azərbaycan münasibətləri ilə bağlı xəbər yayımlayıb. Verilən məlumatda Litvanın ölkəmizlə olan strateji tərəfdaşlığı xüsusi qeyd olunub

Son otuz il ərzində Azərbaycan Litva arasında bir çox qlobal məsələlər üzrə ortaq perspektivlərə əsaslanmış dövlətlərarası münasibətlər inkişaf etdirilmişdir. Hazırda hər iki ölkə müxtəlif sahələr üzrə ticarət əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldırmaq üçün səylə çalışır. Azərbaycan Şərq Tərəfdaşlığı Avropa İttifaqının Qardaşlaşma layihəsi (EU Twinning projects) çərçivəsində Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin keçirilməsinə dəstək vermiş onlardan 17-si ölkəmizdə reallaşdırılmışdır. Bu birgə rekord iki ölkənin qarşılıqlı inkişafa tərəqqiyə indekslənmiş səmərəli əməkdaşlığını ümumi öhdəliyini göstərir.

 

"Turkic World": Azərbaycan ÜST-ün regional ofislərini sülhə mane olan bəyanatlardan çəkinməyə çağırır

"Turkic World" xəbər saytı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76- sessiyasının açılış mərasimi ilə bağlı xəbər yayımlayıb. Xəbərdə Azərbaycan Respublikasının Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunduğu yer alıb. Məlumatda ÜST-ün Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyətinin görüşü qeyd olunub. Səhiyyə naziri Teymur Musayevin ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verməsi barədə səsləndirdiyi fikirlər yazıda öz əksini tapıb: "Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib". Məlumatda nazirin  COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işləri, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım irəli sürdüyü təşəbbüsləri diqqətə çatdırdığı da vurğulanıb. Xəbərdə Teymur Musayevin  son günlərdə Ermənistan  mediasında Ümumdünya Səhiyyə Təşkilatının həmin ölkədəki nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını da qarşı tərəfin diqqətinə çatdırdığı bildirilib.

 

"Aniq.uz": Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik

yubileyi münasibətilə xatirə poçt markası buraxılıb

"Aniq.uz" xəbər saytı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi sifarişi ilə respublikanın Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi" adlı poçt markası buraxılması barədə xəbər yayımlayıb. Sözügedən yazıda, həmçinin bu markanın nümunələrinin muzeylərə, eləcə hər iki tərəfdən dövlət hökumət nümayəndələrinə hədiyyə edilməsi bildirilib. Bununla yanaşı, ölkədaxili beynəlxalq tədavül üçün markalar buraxılacaq.

Saytda həmçinin deyilir ki,  2023- il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib.

Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər davam edir, həmçinin onun zəngin irsinin təbliği istiqamətində bir sıra layihələr həyata keçirilir.

 

"Business Recorder": Tezliklə Bakı ilə Sialkot arasında  birbaşa uçuşlar başlayacaq

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, yaxın vaxtlarda Bakı ilə Sialkot arasında birbaşa uçuşların başlanması ehtimalı var ki, bu da iki ölkə arasında qarşılıqlı işgüzar əlaqələrin artmasına səbəb ola bilər.

Bu barədə Pakistanın "Business Recorder" saytı xəbər yayıb. Səfir bildirib ki, Lahor ilə Bakı şəhəri arasında  həftəlik reyslər uğurla davam edir bu, iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi baxımından son dərəcə vacibdir. X.Fərhadov qeyd edib ki, Xeyber-Paxtunxva əyalətinin Pişəvər şəhəri Mərkəzi Asiya ölkələri Azərbaycanla ticarətdə çox mühüm rola malikdir. Səfirin sözlərinə görə, Pişəvərlə ölkəmizin mədəniyyət baxımından oxşar cəhətləri var ki, bu da iki region arasındakı tarixi əlaqələri müasir dövrdə daha davamlı edə bilər. X.Fərhadov onu da bildirib ki, 2022-ci ildə Pakistandan Azərbaycana 53 min nəfər səfər edib 2023- ildə bu rəqəmin artacağına ümidvar olduğunu bildirib. O, Azərbaycan ilə Xeyber-Paxtunxva arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsində üzərinə düşən bütün öhdəliyi yerinə yetirəcəyini bildirib.

"Respublika".