Ermənistanın mina terroru davam edir
Digər xəbərlər

Ermənistanın mina terroru davam edir

Çirkin xislətli bədnam qonşumuzun Azərbaycana qarşı törətdiyi mina terroru can almağa davam edir. Belə ki, dünən Ağdamın Yusifcanlı kəndində 2 nəfər minaya düşərək həlak olub.

Xain düşmən işğal dövründə 1 milyondan çox mina basdırmışdır. Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında məlumatlara təəssüf hissi ilə şahidlik edirik. Ermənistanın əsas məqsədi məhz dinc əhalimizi hədəf almaqdır. Tərtər, Xaçın, Qarqar Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minaların, partlayıcı qurğuların Azərbaycanın təkcə müharibədən zərərçəkmiş ərazilərində deyil, cəbhə bölgəsindən uzaq əyalətlərində aşkarlanması bunun əyani sübutudur. Beləliklə, Azərbaycana qarşı aqressiya terror davam edir.

1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını ötürülməsini qadağan edən bəndlərinə Ermənistan tərəfi riayət etmədi. Bununla yanaşı, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə mina sahələrinin xəritəsinin verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilmiş xəritələrin işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi yalanı düşmənin xain xislətinin bariz nümunəsidir. Belə ki, ölkəmizin müxtəlif təzyiqlərin nəticəsində olaraq Ermənistan mina xəritələrini Azərbaycana təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu.

Ərazilərimiz düşmən əsarətindən azad olunduqdan sonra 300-ə yaxın azərbaycanlının minalardan həlak olması ya yaralanması beynəlxalq humanitar hüququn diqqətindən yayınmamalıdır. Təəssüf ki, hələ beynəlxalq tərəfdaşlar Ermənistanın bu terroruna göz yumur. Dövlətimiz Ermənistanın həyata keçirdiyi mina terroruna azərbaycanlıların hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq ötən aylarda, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim etmişdir. Ermənistan Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirir 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci ildə Ermənistan istehsalı olan 2700-dən çox mina aşkar olunması bunu deməyə əsas verir. Minaları Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Ermənistan bu minaların digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir. Digər bir fakt isə partlayıcı qalıqların ekspertizası zamanı minaların hazırlanma müddətinin yeni olmasıdır.

Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın minalardan tam təmizlənməsi üçün daha 30 il müddət lazımdır. Buna baxmayaraq, minatəmizləmə prosesi tam sürətlə davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-2026- illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026- ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu ilin yanvar ayında Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində ümumilikdə 1504,56 hektar ərazi mina partlamamış hərbi sursatdan təmizlənib.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə fevral ayının əvvəlindən bu günə qədər 42 mina aşkarlayıb. 2023- ilin ikinci ayı üzrə məlumatında isə bildirilir ki, fevralın 1-dən 28-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 40, tank əleyhinə 116 mina 1487 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Fevral ayı ərzində ümumilikdə 2470 hektar ərazi mina partlamamış hərbi sursatdan təmizlənib.

Ümumiyyətlə, Vətən müharibəsi zamanı döyüş əməliyyatının getdiyi ərazilərdə mina ilə bərabər, partlamamış hərbi sursat təhlükəsinə qarşı xüsusilə diqqətli olmaq lazımdır. Hərbi obyektlərə, təlim poliqonlarına, bağlara, su bulaqlarına s. yoxlanılmadan yaxınlaşmaq qətiyyən olmaz. Küçələrdəki, evlərdəki həyətlərdəki diqqəti cəlb edən əşyalara toxunmaq qəti qadağandır. Çay kənarındakı daha rahat görünən yerlərdən su götürmək, balıq tutmaq, suya girmək s. ağır nəticələrə gətirib çıxara bilər. Qəbiristanlıqlar, tərk edilmiş obyektlər, abidələr, kilsələr, mağazalar, kafe-restoranlar, körpülər onların alt hissəsi, dar keçidlər, yolların kənarı, ruslara ya ermənilərə məxsus nəzarət-buraxılış məntəqələri, su mənbələri, artezian quyuları, kəhrizlər, su götürülməsi üçün rahat olan çay sahilləri, kənd təsərrüfatı texnikaları, avtomobillər, yanacaqdoldurma məntəqələri, oyun meydançaları, uşaq oyuncaqları, qida məhsullarının saxlandığı anbarlar, heyvan saxlanılan tövlələr, soyuducular, dolablar, mobil telefonlar uzaqdan idarəetmə pultları potensial olaraq mina quraşdırılması üçün geniş istifadə olunan ərazi obyektlərə aiddir.

 Nurlan ABDALOV,

 "Respublika".