Sosial Xidmətlər Agentliyində
Sosial həyat

Sosial Xidmətlər Agentliyində

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda Suriya və İraqdan ölkəmizə qaytarılan (repatrianta) 57 nəfərə və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.

Bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Agentliyin sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları belə ailələrə səfər edərək onların və ailə üzvlərinin reabilitasiyasını həyata keçirir.

Ümumilikdə isə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi tərəfindən hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib.

"Respublika".