Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 79 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 79 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 94 nəfər müalicə olunaraq sağalıb, 10 min 212 nəfər vəfat edib. Aktiv xəstə sayı 474 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1298, indiyə qədər isə ümumilikdə 7 milyon 575 min 517 test icra olunub.                                                      

 

Aprelin 15- Azərbaycanda COVID-19 əleyhinə 137 doza vaksin vurulub

Aprelin 15- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 137 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 82, ikinci doza vaksinlərin sayı 19, üç daha çox doza vaksinlərin sayı 27, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 9-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 344, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 415, ikinci mərhələ üzrə 4 milyon 880 min 400, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 467, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 62-dir.