BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevadan
Məktublar

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Doğum gününüz münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından təbriklərimizi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının tərəqqisi naminə bütün səylərinizdə uğurlar arzu edirəm.

Bu il biz BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünü qeyd edirik. Azərbaycandakı BMT ailəsi hökumət, vətəndaş cəmiyyəti təsisatları, elmi dairələr və media ilə birlikdə bir çox tədbirlər təşkil etmişdir. Bütün bunlar əldə edilmiş inkişafa nəzər salmağa, əməkdaşlığın perspektivlərini müzakirə etməyə gözəl fürsət yaratmışdır.

BMT Azərbaycan Hökumətini 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Davamlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda dəstəkləməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik etmək istəyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.

Səmimiyyətlə, 

Vladanka Andreyeva

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi