Bildiriş
Reklam və elanlar

Bildiriş

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə elan edilmiş Aktivlərin idarə edilməsi sistemində təhsil müəssisəsinin 1 yanvar 2022-ci il tarixinə balansında olan aktiv məlumatların təhvil alınması, yoxlanılması, düzgün formata gətirilməsi, eyni zamanda müvafiq sistem üzrə təhsil müəssisələrində təlim və mentorluq xidmətlərinin göstərilməsi kimi iş və xidmətlərin satınalınması üzrə təkliflər sorğusu proseduru ilə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və satınalmanın qalibi "UNİSER GROUP" MMC müəyyən edilmişdir. Həmin təşkilatla müvafiq qaydada 26 oktyabr 2022-ci il tarixində 177874,14 (Bir yüz yetmiş yeddi min səkkiz yüz yetmiş dörd manat 14 qəpik, ƏDV daxil) manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə elan edilmiş Elm və Təhsil Nazirliyində istifadə olunan Elektron sənəd dövriyyəsi və Müraciətlərin idarə edilməsi sistemlərinə əlavə istifadəçi lisenziyalarının təmin edilməsi və proqram təminatlarında yeni işlərin görülməsi kimi iş və xidmətlərin satınalınması üzrə təkliflər sorğusu proseduru ilə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və satınalmanın qalibi "PROSYS" MMC müəyyən edilmişdir. Həmin təşkilatla müvafiq qaydada 26 oktyabr 2022-ci il tarixində 439992.50 (dörd yüz otuz doqquz min doqquz yüz doxsan iki manat 50 qəpik, ƏDV daxil) manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanmışdır.