ELAN
Reklam və elanlar

ELAN

"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının nəzərinə:

14 iyun 2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi 36 ünvanında, saat 12:00-da Səhmdar Cəmiyyətin inzibati binasında "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. "Azərtəkrarqarametal" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi.

2. "Azərtəkrarqarametal" Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının seçilməsi.

3. "Azərtəkrarqarametal" ASC-nin 2019-cu, 2020-ci və 2021-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi 36 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Səhmdar Cəmiyyətinin Direktorlar Şurası.