TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

MİNGƏÇEVİR ŞƏHƏR İCRA HAKİMİYYƏTİ MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ 2021-ci İL ÜÇÜN LOT 1 ÜZRƏ MAL-MATERİALLARIN, LOT 2 ÜZRƏ EHTİYAT HİSSƏLƏRİNİN, SÜRTGÜ YAĞLARININ VƏ MAŞIN MEXANİZMİNİN, LOT 3 ÜZRƏ AVADANLIQLAR, DƏFTƏRXANA VƏ TƏSƏRRÜFAT MALLARININ SATIN ALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDER ELAN EDİR

Lot 1 üzrə mal-materialların, lot 2 üzrə ehtiyat hissələrinin, sürtgü yağlarının və maşın mexanizminin, lot 3 üzrə avadanlıqlar, dəftərxana və təsərrüfat mallarının satınalınması

Satınalma müqaviləsinin yerinə yetirilməsinin müddəti 31 dekabr 2021-ci ilə kimidir.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir, aşağı qiymət, yüksək kefiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs:  Tellər Nağıyeva

E-poçta: [email protected]

Ünvan: Mingəçevir şəhəri, H.Əliyev pr 28/12.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını asan ödəniş vasitəsiylə ödədikdən sonra etender.gov.az saytından ala bilərlər.

İştirak haqqı:

Lot 1 üzrə - 100

manat

Lot 2 üzrə - 80 manat

Lot 3 üzrə - 60 manat

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat: Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi

Hesab:AZ34AİİB 33010019442900256129

VÖEN: 2700153961

Bank: “Kapital Bank”ın Mingəçevir filialı

Kod: 200297

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWİFT BİK: AİİBAZ2XXXX

İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün 07 iyul 2021-ci il saat 13:00-a dək elektron müraciət etməklə aşağıdakı sənədləri təqdim etməlidirlər.

- Malgöndərənin (podratçının) Nizamnaməsi, Dövlət Reyestrindən çıxarış

- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, risklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

- İddiaçının 2020-ci il üçün vergi orqanlarına təqdim edilmiş maliyyə hesabatının surəti (Mənfəət və ya gəlir vergisi bəyannamələri)

-Bank rekvizitləri

- İddiaçı şirkətin Elektron hökümət portalından işçiləri haqqında məlumat

-İddiaçı şirkətin fəaliyyəti haqqında məlumat

- Müəssənin vergi orqanlarında qeydiyyatdan keçən obyekti (icarə) haqqında məlumat (qeydiyyat kodu)

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarə etmə səriştəsinin, etibarlığının olması haqqında məlumat.

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

İddiaçı tender təklifini 15 iyul 2021-ci il saat 13:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Tender təklifi açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Tender zərfləri 16 iyul 2021-ci il saat 13:00-da elektron portal vasitəsiylə açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.

Tenderin başlama tarixi: 14.06.2021-ci il saat 13:00.