126 YAŞLI MƏKTƏB TƏZƏ BİNAYA KÖÇÜB
Sosial həyat

126 YAŞLI MƏKTƏB TƏZƏ BİNAYA KÖÇÜB

Kəlvəz rayon mərkəzindən 27 kilometr uzaqda ucqar kəndlərdən biridir. 1897-ci ildə Lerik rayonunda ilk dünyəvi məktəb bu kənddə yaradılıb.

F.Şahbazov adına Kəlvəz kənd tam orta məktəbinin əvvəlki binası yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 may 2022-ci il tarixli Sərəncamı ilə yeni məktəb binasının tikilməsi üçün maliyyə vəsaiti ayrıldı. Elm və Təhsil Nazirliyinin sifarişi ilə tikinti-quraşdırma işləri həyata keçirildi. Qısa vaxtda  kənddə məktəb binası inşa olundu.

Təzə məktəb binasının açılışında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə təhsil islahatlarının uğurla həyata keçirildiyini, təhsil infrastrukturunun müasirləşdirildiyini, yeni məktəb binalarının tikildiyini və əsaslı təmir olunduğunu bildirdi.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov təhsil sahəsində bundan sonra da zəruri tədbirlərin görüləcəyini vurğulayaraq məktəbin pedaqoji kollektivinə və şagirdlərə uğurlar arzuladı.

Əlisəfa Həsənov,

“Respublika”.