23 oktyabr

Azərbaycanda olan hadisələr

1714 – Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə fransız kralı 14-cü Lui ilə görüşüb.

1958 – SSRİ Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırdı. Bəndin layihəsini Bakıdakı elmi-tədqiqat institutları hazırlanıb.

2007 – Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri başlayıb.

2020Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.


Dünyada olan hadisələr

732 – Puatye döyüşündə ərəblər məğlub olub.

1086 – Zallak döyüşündə Almoravidlərin və ispan müsəlmanlarının qoşunları Leon və Kastiliya kralı VI Alfonsonun ordusunu məğlub ediblər.

1545 – Zaporijye kazakları 32 kanoe-qayığı ilə dənizə çıxaraq türk qalası Açi-Kaleyə (Oçakov, Ukrayna) yaxınlaşaraq onu ələ keçiriblər.

1748 – Rusiya imperiyasında M.V.Lomonosov tərəfindən əsası qoyulmuş ilk kimya laboratoriyasının tikintisi başa çatdırılıb.

1769 – Avtomobilin əcdadı olan üç təkərli buxar arabası ilk dəfə 4,5 km/saat sürətlə hərəkət edib.

1814 – Londonda cərrah Cozef Karpu rəsmi olaraq müasir tarixdə ilk plastik cərrahiyyə əməliyyatı edib (burun formasını bərpa edib).

1850 – Konstantinopol (İstanbul) limanıda, türk döyüş gəmisi “Neiri Shevkat”-ın göyərtəsində güclü partlayış baş verib. Vitse-admiral Mahmud paşa ilə birlikdə 500-dən çox adam ölüb, 200-dən artıq adam yaralanıb.

1853 – Osmanlı və Rusiya arasında Krım müharibəsi başlayıb.

1873 – Almaniya Rusiya-Avstriya konvensiyasına qoşulub. Üç İmperatorun İttifaqı yaradılıb.

1877 – 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Deva Boynuda Rusiya imperiya ordusu ilə Osmanlı İmperiyası ordusu arasında döyüş rusların qələbəsi ilə başa çatan döyüş baş verib.

1911 – Tripoli döyüşündə italyan kapitan Carlo Piazza Benqazidəki Osmanlı səngərləri üzərində tarixdə ilk hərbi kəşfiyyat uçuşunu edib. Piazza daha sonra ilk hərbi hava fotoşəkilini də çəkib.

1912 – Birinci Balkan müharibəsində Osmanlı və Serb orduları arasında Kumanovo döyüşü başlayıb.

1923 – Hamburq üsyanı başlayıb.

1927 – Şərqi Avropadan gələn yəhudilər tərəfindən Fələstin ərazisində Netaniya şəhəri salınıb.

1942 – İkinci Dünya Müharibəsi: Misirin Əl-Alamein şəhərində ingilislər və almanlar arasında döyüş başlayıb.

1946 – BMT Baş Assambleyasının ilk iclası başlayıb.

1954 – Almaniya NATO-ya daxil olub.

1955 – Cənubi Vyetnam respublika elan edilib.

1956 – Macarıstanda Sovet əleyhinə üsyan başlayıb.

1983 – Kamikadzelər Livandakı Amerika və Fransa sülhməramlı kontingentinin qərargahına hücum edərək 300-ə yaxın sülhməramlını öldürüblər.

1984 – Sov.İKP MK-nın plenumu Sibir çaylarının cənuba keçirilməsi proqramını qəbul edib.

1989 – Budapeştdə Macarıstan Respublikasının yaradılması elan edilib.

1991 – ABŞ Dövlət Departamenti ABŞ-ın Vyetnamla münasibətləri normallaşdırmağa hazır olduğunu elan edib.

1996 – Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia edib.

2000 – Çin arxeoloqları 2 min il əvvəl, Han sülaləsi dövründə yaradılmış Musiqi Alətləri Muzeyini aşkar ediblər.

2000 – Pensilvaniya Universitetinin alimləri, hesablamalarına görə, təxminən 250 milyon il yaşı olan ən qədim bakteriyaları aşkar ediblər.

2002 – Dubrovkadakı Teatr Mərkəzində “Nord-Ost” musiqili tamaşası zamanı terrorçular 800-ə yaxın tamaşaçını girov götürüblər.

2011 – Liviyada Müəmmər Qəddafi rejimi üzərində qələbə elan edilib.

2011 – Türkiyənin cənub-şərqində zəlzələ nəticəsində 600-dən çox insan həyatını itirib, 4000-dən çox yaralanıb.


Bayramlar və xüsusi günlər

  • Macarıstanda Respublika Günü.
  • Liviyada Qələbə və Qurtuluş Günü.

Doğumlar

1715 – II Pyotr, Rusiya imperatoru (1727-1730) (ö. 1730).

1801 – Qustav Albert Lorzinq, alman bəstəkarı, aktyoru, müğənnisi, dirijoru (ö. 1851).

1812 – Seyid Əbülqasim Nəbati, XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi, şair (ö. 1874).

1908 – İlya Frank, sovet fiziki, akademik, Nobel mükafatı laureatı (1958) (ö. 1990).

1940 – Pele (əsl adı Edson Arantis do Nasimentu), braziliyalı futbolçu, üçqat dünya çempionu, "futbol kralı".

1941 – İqor Smirnov, tanınmamış Pridnestroviya Moldova Respublikasının ilk prezidenti (1991-2011).

1946 – Əhəd Canəhmədov, tribiologiya və tribiotexnika sahəsində tanınmış alim, AMA-nın vitse-prezidenti,  BMA-nın həqiqi üzvü, RTEA-nın xarici həqiqi üzvü, Nobel mükafatı laureatı.

1953 – Səxavət Məmmədov, Azərbaycan xanəndəsi (ö. 1991).

1978 – Vanq Nan, Çin idmançısı, stolüstü tennis üzrə 4 qat Olimpiya çempionu.