“Türk əsri başlansın
Türk dünyası

“Türk əsri başlansın" çağırışı bütün dünyaya açıq mesajdır

Türkiyədə keçirilən  seçkilər bu seçkilərdə demokratiyanın qələbəsi  14-28 may tarixini yeni dövrün - yeni türk əsrinin başlanğıcı kimi  təsdiq etdi. Həm  Türkiyə Böyük Millət Məclisinin yeni tərkibi, həm  ölkə prezidenti xalqın iradəsi əsasında seçildi. Türk xalqı bütünlükdə Türkiyə bu dəfə doğru, müdrik qərar verərək xarici imperialist mərkəzlərdə hazırlanan qara planların həyata keçməsinə imkan verməyəcəyini bir daha nümayiş etdirdi.

Artıq ölkə parlamenti öz fəaliyyətinə başlayıb. Belə ki, iyunun 2- iyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası keçirilib. Toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sədrlik edib.

Çağdaş zəmanəmizin müdrik siyasətçilərindən olan Rəcəb Tayyib Ərdoğan yeni seçilən prezident kimi təntənəli surətdə dövlətə millətə sədaqət andını içdi Nazirlər Kabinetinin tərkibini açıqladı. Beləliklə, ölkədə tam sərbəst, şəffaf şəraitdə keçirilən seçkilərin qalibi 85 milyonluq türk xalqı oldu. Bu fikri Prezident Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindəki  nitqində dilə gətirib. Ərdoğanın seçkilərdə qalib gəlməsi Türkiyənin xarici siyasətində mühüm dönüş nöqtəsidir. Bu uğurun sayəsində prezidentin son illər xarici siyasətdə əldə etdiyi nailiyyətləri möhkəmləndirmək şansı daha da çoxdur.

Bəs, bundan sonra  Türkiyə dövlətinin istər xarici siyasətində, istərsə ölkə daxilində, qarşısında hansı hədəflər dayanırBununla bağlı açıqlama verən  siyasi ekspert Güngör Yavuz Aslan  seçkilərdən sonra Türkiyənin xarici siyasətində mühüm bir dövrün başlanacağını vurğulayıbO deyib ki, Ərdoğanın seçkilərdə qələbəsi Türkiyənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə kömək edəcək. Dünya liderlərinin Rəcəb Tayyib Ərdoğana təbrik məktubları onların birlikdə işləməyə hazır olması, Ərdoğanın rəhbərliyi altında Türkiyə diplomatiyasının həlledici rol oynayacağından xəbər verir.

"Prezident Ərdoğanın birinci prioritetiTürkiyəyə sığınacaq axtarmaq üçün gələn suriyalı vətəndaşların geriyə qaytarılması, terrorla mübarizə bəzi dövlətlərlə münasibətlərin müəyyənləşdirilməsidir. Suriya, Türkiyənin xarici siyasətində ən vacib məsələlərdən biri olaraq Türkiyəni yaxından maraqlandırırArtıq Türkiyənin sığınacaq axtaranların geri qaytarılması ilə bağlı daha konkret addımlar atdığının şahidi oluruq. Belə kibeş yüz əlli min Suriya vətəndaşı artıq öz ölkələrinə geriyə göndərilib. TürkiyəQətər   Beynəlxalq Fondun dəstəyi ilə Suriyada  iki yüz qırx min yeni mənzilin   tikiləcəyi ilə bağlı razılığa gəlinib. Bu da bir milyon iki yüz min Suriya  vətəndaşının öz ölkələrinə  geri göndərilməsi  deməkdir. Bu mənzillərin təməli bu ay içərisində atılacaq tez bir zamanda  infrastruktur  layihəsi  gerçəkləşdiriləcək'', - deyə siyasi ekspert bildirib.

Türkyənin xarici siyasəti qarşısında Liviyadan Azərbaycana, Ukraynadan Şərqi Aralıq dənizinədək bir çox kritik məsələlərdə əldə edilən nailiyyətləri qoruyub saxlamaq bu zaman Avropa ilə iqtisadi münasibətlərin yaxşılaşdırılması, NATO daxilində səmərəliliyin artırılması vəzifəsi dayanır. Xarici siyasətin başqa bir mövzusu Ukraynada davam edən müharibədir. Türkiyənin həyata keçirdiyi xarici siyasəti nəzərə alsaq, Ukrayna böhranı bizə Türkiyənin xarici siyasət yanaşmasının o qədər əhəmiyyətli olduğunu göstərir ki, bu siyasət bundan sonrakı yol xəritəsinə təsir edə bilər. Türkiyənin əsas  vəzifəsi  hazırkı mövqeyini sabit şəkildə qoruyub saxlamaqdır. Yəni Türkiyə bundan sonra da Ukrayna böhranında vasitəçi rolunu oynayacaq, böhran səbəbindən həm özünü, həm dünyanı narahat edən kritik məsələlərdə mövqeyini gücləndirəcək, müharibənin dərinləşməsinin ya başqa ölkələrə yayılmasının qarşısını almağa cəhd göstərəcək.

Güngör Yavuz Aslanın fikrincə, seçkidən sonra Türkiyənin xarici siyasətində Türk Dövlətləri Təşkilatı vasitəsilə Orta Asiyada aktiv bir dövr olacaq, yenidən Asiya təşəbbüsü davam etdiriləcək Afrika ilə əlaqələr yeni müstəviyə daşınacaq. Beynəlxalq sistemin gərginləşdiyi, regionun normallaşdığı bir vaxtda Türkiyə bu ikisini birləşdirən yanaşmanı mənimsəyərək beynəlxalq statusunu daha da möhkəmləndirəcək.

"44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri Türkiyə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. İki dövlət arasında imzalanan Şuşa Bəyannaməsi yeni dövrün başlanğıcını qoydu. Bu Bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə çıxması üçün geniş imkanlar açdı. Hətta Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra  xalqa müraciətində "Azərbaycan qazandı, Qarabağ qazandı" söyləməsi qardaşlıq münasibətlərimizin  bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir".

Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra "Türk əsri başlansın" çağırışı bütün dünyaya açıq mesajdırPrezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünya supergücünə çevirmək niyyətində olduqca israrlıdır.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.