Strateji və hərbi əməkdaşlığın ən yüksək səviyyəsi
Türk dünyası

Strateji və hərbi əməkdaşlığın ən yüksək səviyyəsi

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər bu gün bütün dünya dövlətlərinə əsl örnəkdir. Qardaş Türkiyənin Azərbaycana bütün sahələrdə dəstək olması, xüsusilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləməsi bir daha onu sübut edir ki, doğrudan da Azərbaycan Türkiyə dövlətləri arasında olan qardaşlıq münasibəti sarsılmazdır. İki qardaş ölkənin ordularının birgə fəaliyyəti Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi ilə yanaşı, bölgədə sabitlik təhlükəsizliyin təmini baxımından da önəmli rol oynayır.

İki qardaş ölkə ordularının əməkdaşlığı yönümündə ilk hüquqi addım 11 avqust 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilənin bağlanması ilə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində yüzlərlə azərbaycanlı zabit təhsil alaraq Azərbaycan Ordusunun güclənməsinə öz töhfəsini verib. Bununla yanaşı, "EFES", "Anadolu Ankası", "Qış Təlimi", "Anadolu Ulduzu", "Erciyes-2019", "Anadolu Qartalı", "Mustafa Kamal Atatürk", "Sarsılmaz Qardaşlıq", "TurAz Qartalı-2019", "TurAz Qartalı-2020" "Heydər Əliyev-2020", Konyada keçirilən "Anadolu Qartalı-2021" kimi mühüm əhəmiyyətli hərbi təlimlərdə qardaş ölkə ilə birgə hərbi əməkdaşlıq inkişaf etdirilib. Azərbaycan Ordusunun NATO standartlarına uyğun olaraq yenidən formalaşdırılmasında da qardaş Türkiyə hərbi sisteminin Azərbaycan Ordusuna tətbiqi vacibdir. Azərbaycan ilə Türkiyənin hərbi sahədə müdafiə sənayesi potensialı baxımından əməkdaşlığı regional dünyəvi reallıqdır. Bununla yanaşı, Azərbaycan hərbi-strateji təhsil sahəsində qardaş ölkə ilə birgə vacib addımlar atır. Azərbaycan Ordusunun zabit heyətinin hazırlanmasında ən önəmli təhsil müəssisələrindən olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi qardaş ölkənin köməyi ilə NATO standartlarına uyğun olan təhsil ocağı səviyyəsinə çatdırılıb. Yüksək kadr potensialı geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə digər ölkələrə göndərilir. Eyni zamanda, indiyə qədər Azərbaycan-Türkiyə Müdafiə nazirlikləri arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Strateji hərbi əməkdaşlığın gücləndirilməsində əsas amillərdən olan Şuşa Bəyannaməsi münasibətlərimizin dərinliyini müəyyənləşdirən vacib sənəddir. İki qardaş ölkənin müttəfiqliyi istər hərbi, istərsə digər sahələrdə bölgəyə ancaq sülh sabitlik bəxş edir. Təsadüfi deyil ki, təxribatçı Ermənistan, İran onların havadarları həmrəyliyimizdən tarix boyu təşvişə düşmüş, müxtəlif kirli planlarla bu birgəliyə mane olmağa cəhd etmişlər. Çünki ölkələrimizin siyasi hərbi gücə çevrilməyini həzm edə bilməyənlər ortaq hərbi təlimləri özlərinə gözdağı hesab edirlər. Buna baxmayaraq, Azərbaycan Türkiyənin sarsılmaz əməkdaşlığı əsla üçüncü qüvvələrə qarşı yönəlməyib. Qeyd edək ki, xain qonşularımızdan fərqli olaraq qardaş ölkələr bu günə qədər heç bir dövləti hərbi təlimlərlə təhdid etməyib.

Hərbi təlimlərdə əldə olunan təcrübənin məntiqi nəticəsi idi ki, Azərbaycan Ordusu XXI əsrin yeni döyüş strategiyasını sərgiləyərək erməni işğalında olan ərazilərimizin bütövlüyünü təmin etdi. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı misli görünməmiş hərbi taktikadan istifadə etdi. Bu gün Avropa dünyanın qabaqcıl hərbi məktəblərində bu strategiyadan istifadə olunur. Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, "Bu yeni nəsil müharibə üslubudur, hansı ki, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti mənəvi ruh birləşir, vəhdət təşkil edir". İki qardaş ölkənin ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət döyüş uzlaşması imkanlarının öyrənilməsi birlik əməkdaşlığın önəmli istiqamətlərindən birini təşkil edir.

İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planların mövcudluğu bir çox strateji məsələri özündə əks etdirir. Bura hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda birgə mübarizənin perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, Azərbaycan Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir.

Nurlan ABDALOV,

"Respublika".