Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf edir
Türk dünyası

Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf edir

Azərbaycan Türkiyə bir-birinə dərin tarixi-mənəvi dəyərlər, qardaşlıq kökləri ilə bağlıdır. Hazırda ikitərəfli əlaqələr ulu öndər Heydər Əliyevin söylədiyi kimi, məhz "bir millət, iki dövlət" prinsipinə əsaslanır. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı liderlərin siyasi iradəsi dayanır. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi hər iki dövlətin tərəqqisinə öz təsirini göstərmiş, həmçinin regionda sülhün əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr vermiş, türk dünyasının birləşməsində həlledici rol oynamışdır.

2020-ci il sentyabrın 27- erməni təxribatlarının qarşısının alınması məqsədilə başlayan əks-hücum əməliyyatlarında əldə olunan Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Müharibə başlayan ilk günlərdən qardaş Türkiyə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında da mühüm rol oynamışdır. Dövlətimizin başçısı 9 oktyabr 2020-ci ildə "CNN International" televiziya kanalına verdiyi müsahibəsində bunu bir daha təsdiqləmişdir: "Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı".

İki dövlət arasında imzalanan Şuşa Bəyannaməsi münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Sözügedən Bəyannamə ilə Azərbaycan Türkiyənin ən mürəkkəb dövrlərdə belə bir-birinə dəstəyi sübut olunmuşdur. Bəyannəmədə, həmçinin iki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan siyasəti öz əksini tapmışdır. Əlavə olaraq, sənəddə tərəflərin regional beynəlxalq miqyasda sabitlik rifah vasitəsilə sülh, dostluq mehriban qonşuluq münasibətləri qeyd edilmişdir. Azərbaycan Türkiyə regionda qlobal aləmdə mövcud olan münaqişələrin həllinə, təhlükəsizliyin təminatına da öz töhfələrini vermişdir.

Azərbaycan ilə Türkiyə arasındakı yüksək əlaqələr özünü təkcə siyasi sahədə deyil, digər sahələrdə büruzə verir. Belə ki, 2020-ci il dekabrın 10-da "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandum"u imzalanmışdır. Memoranduma əsasən iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da genişləndirilmiş, bu çərçivədə xarici işlər nazirlikləri arasında mühüm informasiya mübadilələri həyata keçirilmişdir.

Siyasi həmrəylik möhkəmləndikcə, qardaş ölkələrin müxtəlif platformalarda, o cümlədən bir sıra beynəlxalq təşkilatlarda üst-üstə düşən mövqedə çıxışları əməkdaşlığın yeni bağlarla daha da güclənməsini şərtləndirir. Türkiyə Azərbaycan iqtisadi əlaqələri çərçivəsində nəqliyyat enerji sektorunda keçirilən layihələrin rolunu xüsusi qeyd etmək lazımdır. Danılmaz faktdır ki, Türkiyə Azərbaycanın iqtisadiyyatına kifayət qədər investisiyalar yatırmışdır. Bu investisiyaların həcmi 1995-2021-ci illər ərzində 13,3 milyard ABŞ dolları dəyərində olmuşdur. Hazırda ölkəmizdə sənaye, telekommunikasiya, bank sığorta, inşaat kimi sahələrdə müxtəlif türk şirkətləri fəaliyyət göstərir. Azərbaycanın Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran dövlətlərdən biri olması bu investisiyalardakı mühüm artım da təsadüfi deyil. Belə ki, Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkətin fəaliyyət göstərməsi bunu bir daha təsdiqləyir. 1995-2021-ci illər ərzində Azərbaycandan Türkiyəyə yatırılan birbaşa investisiyaların həcminin isə 20,3 milyard ABŞ dollar dəyərində olması bunun təzahürüdür. Qardaş ölkələrin təşəbbüsü ilə reallaşdırılmış beynəlxalq əhəmiyyətli layihənin - TANAP-ın adını xüsusi vurğulamaq lazımdır. Bu layihə Türkiyə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. 2018-ci ildə TANAP çərçivəsində Türkiyəyə nəql olunan qazın həcmi illik 16 milyard kubmetr olmuş, daha sonra bu göstəricilərin 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulmuşdur. 1850 kilometr uzunluğundakı TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanmış, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya İtaliya üzərindən Avropaya çatdırmağa müvəffəq olmuşdur.

Türkiyə ilə münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı görüşü, rəsmi səfərlər mühüm rol oynamışdır. Martın 15- Ankarada baş tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü bunun göstəricisidir. Görüş zamanı ölkələrimiz arasındakı qardaşlıq dostluq münasibətlərinin "bir millət, iki dövlət" prinsipi ilə inkişafı diqqətə çatdırılmış, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində bir sıra məsələlərə toxunulmuşdur.

Xatırladaq ki, bu il martın 16-da Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün İlham Əliyevin təşəbbüsü ilə məhz Ankarada baş tutması da Prezidentimizin qardaş ölkəyə verdiyi dəyəri bir daha təsdiqləmişdir. Çıxışına başlamazdan əvvəl qardaş ölkəyə baş vermiş təbii fəlakətlərlə bağlı bir daha başsağlığı verməsi İlham Əliyevin Türkiyəyə duyduğu sevginin, dövlətimizin daim onun yanında olduğunun göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, qardaş ölkəyə ilk yardım da məhz ölkəmiz tərəfindən edilmişdir. Prezident İlham Əliyev TDT-nin Zirvə görüşündə çıxışı zamanı hadisə bölgəsinə göndərilən humanitar yardımları da diqqətə çatdırmışdır: "Azərbaycan hökuməti xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olubBu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır".

Bütün bunlar iki dövlətin bir-biri ilə münasibətini əsl qardaşlıq nümunəsi kimi qiymətləndirməyə əsas verir. Azərbaycan Türkiyə Respublikaları arasındakı əlaqələr gün keçdikcə daha çox inkişaf edəcək, iki ölkə birlikdə yeni uğurlara imza atacaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".