Reinteqrasiya olmasa, ərazi tərk edilməlidir
Siyasət

Reinteqrasiya olmasa, ərazi tərk edilməlidir

Ermənilər daha bir əzablı, səksəkəli, həyəcanlı gecə yaşadılar əgər yola gəlməsələr, sağlam düşüncə nümayiş etdirməsələr, qanunsuz silahlı dəstələri tərk-silah etməsələr, reinteqrasiyaya başlamasalar, öz evlərində rahat yaşaya bilməyəcəklər, nigarançılıq onları üzəcək.

Erməni baş nazir Paşinyanın mayın 22- İrəvanda  keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu haqda dedikləri Ermənistanda Qarabağda torpaqlarımıza sığınmış separatçı ermənilər arasında çaxnaşma, vurnuxma yaradıb, hətta 44 günlük müharibədə səsləri çıxmayan, qorxudan qaçıb gizlənən Arkadi Qukasyan Bako Saakyan (keçmiş "prezident"lər) "gecə tulaları"na bənzər səslə sərsəmləyiblər. Hər iki separatçı bildirib ki, heç kəsin bizim gələcəyimizə, mənəvi hüququmuza qarışmağa ixtiyarı yoxdur. Onlar yenidən Qarabağın azadlığından, gələcəyindən dəm vururlar, anlamaq istəmirlər ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar sülh əmin-amanlıq içərisində yaşamaq istəyirlər, öz övladlarının nahaq yerə ölməsinə razı deyillər. Erməni nəşrlərinin məlumatına görə, gecə saatlarında Xankəndidəki separatçıların qondarma "parlamenti" təcili iclas keçirib iclasın məqsədi Paşinyana etiraz etmək, "öz müqəddəratını təyinetmə" məsələsini gündəmə gətirmək olub, həmçinin Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq "bəyanat" qəbul olunub. Xankəndidəki separatçılar qanun qarşısında cavab verməyənə qədər onlar ara-bərədə zingildəyəcək, öz mənafeləri naminə sadə erməniləri girov saxlamağa davam edəcək, gərginlik yaradacaqlar. Ona görə onların səsi mütləq şəkildə kəsilməlidir.

Qarabağ ermənilərinin gələcək taleyi haqqında ölkə başçısı İlham Əliyev mayın 22- Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olub. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma prinsipləri əhatə etməlidir.

Siyasi şərhçilər hesab edirlər ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi bizim üçün öz həllini tapıb bağlanıb. Yəni Azərbaycan öz mövqeyindən heç vaxt çəkilməyəcək. Qeyd edək ki, son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm Avropa İttifaqının () vasitəçiliyi ilə sülh danışıqları aparır. Regionda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır gərginliyin qarşısını yalnız sülh müqaviləsinin imzalanması ilə almaq olar. Ermənistanın baş naziri N.Paşinyan da Azərbaycanla sülh münasibətlərin qurulmasına dair intensiv danışıqların davam etdiyini bildirib. Erməni separatçıların ötən gecə toplaşmasının əsas məqsədi Bakıya "mübarizə aparacağıq" mesajı verməkdir. Ən əsası isə separatçılar Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar. Qeyd edək ki, baş nazir Paşinyanın bəyanatı Qarabağdakı erməni əhalisi arasında da əsl silkələnmə yaradıb. Baş nazirin fikirləri ermənilərin "ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək" seçimini qətiləşdirir üçüncü seçimin olmadığını bir daha göstərir.

 

Salman ALIOĞLU,

"Respublika".