Qazilərimizin müalicə prosesi “YAŞAT
Sosial həyat

Qazilərimizin müalicə prosesi “YAŞAT" Fondu tərəfindən davam etdirilir

2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyə Respublikasına göndərilib. Onlardan 132-si sağalaraq Vətənə qayıdıb, 35 qazimizin müalicəsi davam etdirilir. Ümumilikdə, Türkiyədəki müalicələrə Fondun büdcəsindən 12 milyon manatdan artıq vəsait xərclənib.  

"YAŞAT" Fondunun təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarından ibarət tibbi komissiyanın Türkiyəyə səfəri təşkil olunmuş və orada müalicə olunan 25 hərbçimizin əlilliyi qiymətləndirilmişdir.

Onu da qeyd edək ki,  "YAŞAT" Fondu qazilərimizin müalicəsinin bütün maliyyə xərclərini qarşılayır.

Kamil İSMAYIL,

"Respublika".