Əlilliyə görə sosial ödənişlər
Sosial həyat

Əlilliyə görə sosial ödənişlər

2021-ci ildə qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təkrar təyin edilən əlillik əvvəlki əlillik müddətinin başa çatdığı tarixdən rəsmiləşdirilir. Beləliklə, həmin 6 ayadək dövr üzrə də şəxsə fasilə verilmədən əlilliyə görə sosial ödənişlər verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən dövrdə 27,7 min əlilliyi olan şəxsə əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə ümumilikdə 12 milyon manatdan çox sosial ödəniş edilib.

"Respublika".