Payız   mövsümü   ilə   əlaqədar bölgələrdə   elit  toxumların  səyyar satışına   başlandı
İQTİSADİYYAT

Payız   mövsümü   ilə   əlaqədar bölgələrdə   elit  toxumların  səyyar satışına   başlandı

Payız  əkini  mövsümü ilə əlaqədar   olaraq  Dövlət  Toxum  Fondu  tərəfindən  fermerlərin  və  təsərrüfat sahiblərinin   toxuma  olan   tələbatını   sərfəli  qiymətlərlə  təmin  etmək   məqsədilə  bölgələrdə səyyar  xidmətin    təşkili  nəzərdə   tutulub.

Sentyabrın  son  günlərindən   etibarən Dövlət  Toxum  Fondu  tərəfindən rayon mərkəzindən  uzaq  məsafədə    yerləşən   kənd   və   qəsəbələrdə   səyyar  satış   xidməti  başlayır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, respublikamızın  bir  çox  regionlarını  əhatə  edəcək   səyyar  satış   zamanı   fermerlərimiz  keyfiyyətli  elit  toxumlar  əldə   edə  biləcəklər.

Səyyar   satışın  həyata  keçirilməsində  əsas   məqsəd keyfiyyətli   toxumun   alışı  zamanı  vətəndaşların  sərf etdikləri zaman, məsafə  itkisinin  və  əlavə  məsrəflərin   qarşısının   alınması, həmçinin  vətəndaşlara  Fondun  əlçatanlığını, yaxınlığını      təmin    edərək   vətəndaş  məmnunluğuna nail olmaqdır.

Nəriman  CAVADOV,

“Reapublika”.