Paraqvaylı senator: Şuşa və Füzulidə gördüklərimiz barədə Paraqvay cəmiyyətinə məlumat verəcəyik
MÜSAHİBƏLƏR

Paraqvaylı senator: Şuşa və Füzulidə gördüklərimiz barədə Paraqvay cəmiyyətinə məlumat verəcəyik

İşğaldan azad edilən ərazilərə səfərdə məqsəd dağıntılarla, eyni zamanda, burada aparılan yenidənqurma işləri ilə tanış olmaqdır. Sizin bu Qələbənizi təbrik edirik, hər zaman sizin yanınızdayıq.

Bu sözləri Şuşa şəhərində AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Paraqvay Senatında Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino Xara deyib.

Lukas Akino Xara Azərbaycanın həqiqətlərini həmişə dəstəklədiklərini bildirib: "Biz parlamentimiz vasitəsilə hər zaman Azərbaycanın haqq işini dəstəkləməyə hazırıq. Bu, bizim Azərbaycana ilk dəstəyimiz deyil. Biz hər zaman Azərbaycanın beynəlxalq səviyyədə dəstək olmuşuq. Bundan sonra da hər zaman Azərbaycana dəstəyimizi verəcəyik. Biz parlament səviyyəsində Xocalı soyqırımını tanımışıq. Bu gün Şuşaya səfərimizin məqsədi mədəniyyət beşiyi olan bu şəhərin gözəlliyini görmək və erməni işğalı zamanı Şuşaya dəyən ziyanın şahidi olmaqdır. Bu həqiqəti Paraqvay cəmiyyətinə çatdıracağıq. Füzuli şəhərinə gəlincə, müqayisə üçün deyim ki, Paraqvay tarixində də oxşar məqamlar olub. İşğal, soyqırımı məsələsi bizə çox tanışdır. Füzuli şəhərində də olduğumuz müddətdə dağıntıları, vandalizmi gördük. Bu barədə Paraqvay ictimaiyyətinə məlumat verəcəyik".

AZƏRTAC