Ötən sutkada qəza-xilasetmə əməliyyatları
Digər xəbərlər

Ötən sutkada qəza-xilasetmə əməliyyatları

Fövqaladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 19 may tarixində FHN-in Mətbuat xidmətinin məlumatında bildirilir.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 4 nəfər, o cümlədən Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.