Laçın rayonunun yeni inkişaf dövrü başlayır
Region

Laçın rayonunun yeni inkişaf dövrü başlayır

Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda bərpa, abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Rayon ərazisində yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Rayona səfəri zamanı möhtərəm Prezidentimiz təməlqoyma açılış mərasimlərində iştirak edib, aparılan işlərlə yerindəcə tanış olub, qiymətli tapşırıq tövsiyələrini verib. Görülən işlərin keyfiyyəti sürəti bir daha göstərir ki, Laçın sakinlərini öz ata-baba yurdlarında xoş firavan həyat gözləyir. Laçın ərazisində tikilməkdə olan beynəlxalq hava limanı xüsusilə böyük əhəmiyyət daşıyır. Belə ki, bu, həm rayonun, həm bölgənin sosial-iqtisadi inkişafına kömək edəcək, turizm imkanlarını artıracaq, logistik mərkəzlərin yaradılmasına gətirib çıxaracaq. Nəticə etibarilə daha çox yerlərinin açılmasına, sakinlərin məşğulluğunun təmin edilməsinə təkan verəcək.

Prezident İlham Əliyev Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bir sıra vacib konkret tapşırıqlar verdi. Dövlətimizin başçısı görülən işlərin yüksək keyfiyyətinin, ətraf mühitin qorunmasının, qayda-qanuna əməl edilməsinin vacibliyinə diqqət çəkdi. Cənab Prezident, həmçinin laçınlılara xoş müjdə verdi. Belə ki, minlərlə insan bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bu, onu göstərir ki, laçınlıların öz yurdlarında xoşbəxt həyatı o qədər uzaqda deyil. Məlumdur ki, Böyük Qayıdış proqramı uğurla icra edilir. Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. Təbii ki, həmin mənzərəni hər birimiz böyük qürurla seyr etdik, Talış sakinlərinin üzlərindəki xoşbəxt təbəssüm bizi xeyli fərəhləndirdi. Sakinlər fərdi evlərə köçürüldülər, onlar doğma kəndlərində hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Həyata keçirilən yenidənqurma bərpa işlərini Azərbaycan özü təkbaşına, heç bir beynəlxalq təşkilatın ya dövlətin köməyi olmadan yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. İşğal dövründə Ermənistan Laçın rayonunda böyük dağıntılar törədib, meşələri məhv edib, hətta qanunsuz məskunlaşma da həyata keçirmişdir. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Amma təəssüflər olsun ki, bir dəfə səslərini çıxarmadılar, bütün haqsızlıqlara göz yumdular. Bu gün Azərbaycan əleyhinə qətnamələr qəbul edən Avropa Parlamenti həmin vaxt tamamilə susurdu, işğalçını öz adı ilə çağırmırdı. İndi isə ermənipərəst qüvvələrin təsiri altında mənasız ədalətsiz qətnamələr qəbul edir. Bəlkə düşünürlər ki, bununla nəyəsə nail ola biləcəklər. Əsla. Dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi, heç kəs bizim iradəmizə təsir edə bilməz. Zaman da bunu göstərir ki, ədaləti bərpa edən Azərbaycan öz yolu ilə gedir, bölgədə sülh təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.