Kənd təsərrüfatı məhsullarının daşınması üçün vaqonların sayı artırılır
Digər xəbərlər

Kənd təsərrüfatı məhsullarının daşınması üçün vaqonların sayı artırılır

Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı coğrafiyasının genişlənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində məhsulların ixracında müsbət artım tendensiyası müşahidə olunmaqdadır. Kənd təsərrüfatı məhsulları olaraq xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Dəmir yol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat artmışdır. Yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılmışdır.

Hazırda bu istiqamətdə prioritet tədbirlər çərçivəsində qısa marşrutlardan istifadəyə üstünlük verilməsi planlaşdırılır ki, bu da öz növbəsində qeyd olunan marşrut üzrə yük əməliyyatının sürətlənməsinə və vaqon dövriyyəsinin 2-3 dəfəyə qədər artmasına səbəb olacaqdır.

“Respublika”.