“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 836-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə ba
Fərman

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 836-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə ba

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 836-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.15-ci maddəsində, 20.3-cü maddəsinin birinci cümləsində və 20.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 2.0.15-ci maddəsində və 20.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1516; 2018, № 12 (I kitab), maddə 2579; 2019, № 6, maddə 1038, № 7, maddə 1217, № 12, maddə 1922; 2020, № 5, maddə 561, № 7, maddə 861, № 9, maddə 1143, № 11, maddə 1348; 2021, № 3, maddə 219; 2022, № 8, maddə 856) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “2.0.15-ci,” sözləri əlavə edilsin, həmin bənddə “19.0.5-ci,” sözləri “19.0.5-ci maddələrində, 20.3-cü maddəsinin birinci cümləsində, 20.4-cü,” sözləri ilə əvəz edilsin və həmin bənddən “22.1-ci maddəsinin birinci cümləsində,” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 20.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

2.3. 2.8-ci bənddə “22.1-ci” sözləri “2.0.15-ci maddəsində və 20.3-cü” sözləri ilə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” sözləri “Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329) ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.1.12-ci yarımbəndi ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 836-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 aprel 2023-cü il