Hazırkı dövrədək Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 4 milyona yaxınlaşıb
Səhiyyə

Hazırkı dövrədək Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 4 milyona yaxınlaşıb

İyulun 8-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 53 min 478 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21 min 166, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 32 312 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 964 min 102-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 417 min 173, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 546 min 929 nəfərdir.

AZƏRTAC