Fələstin səfiri: Əminəm ki, qısa zamanda Şuşanın infrastrukturu, tarixi və mədəni abidələri bərpa ediləcək
MÜSAHİBƏLƏR

Fələstin səfiri: Əminəm ki, qısa zamanda Şuşanın infrastrukturu, tarixi və mədəni abidələri bərpa ediləcək

Qarabağdakı, Şuşadakı dağıntıları görmək təəssüf doğurur. Əminəm ki, qısa zaman ərzində Şuşanın infrastrukturu, tarixi və mədəni abidələri bərpa ediləcək, şəhərdə həyat öz axarına düşəcək. 
Bunu AZƏRTAC-a açıqlamasında Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim deyib.  
Səfir qeyd edib ki, onilliklər ərzində Qarabağ torpağında törədilən dağıntıları görmək məyusedicidir. “Arzu edirəm ki, musiqi beşiyi olan Şuşada hər zaman sülh hökm sürsün. Azərbaycanlılar, o cümlədən şuşalılar daha müharibə, dağıntı görməsinlər. Şuşa daim çiçəklənsin, inkişaf etsin”, - deyə səfir bildirib. 

AZƏRTAC