Ermənistan sülh istəmir
Digər xəbərlər

Ermənistan sülh istəmir

Bu ölkənin kilsələrində səslənən qisas çağırışları bütün dünyaya təhdiddir

Erməni məkri! Bu, çoxşaxəli, çoxmərhələli, geniş əhatəli, içərisi çirklə dolu mənəvi-əxlaqi erməni xislətinin məcmusudur. Azərbaycan türklərinin son 100 ildə doğma ata-baba yurdlarından fəndgirliklə, hiylə ilə mərhələ-mərhələ çıxarılması, köçürülməsi, zorla qovulması həmin xislətin əsas  ideya məramını səciyyələndirir. 1948-1953- illərdə azərbaycanlı əhalinin Ermənistandan deportasiyası ilə bağlı az-çox bilgimiz varTarix göstərir ki, xalqımızın başına gətirilən müsibətlərin, faciələrin əsas hərəkətverici qüvvəsi erməni din xadimləri, erməni kilsəsi olub!.. Bütün dinlərin ona inanc gətirənləri sülhə, barışa, mehribanlığa çağırdığı bir halda, erməni din xadimlərinin insan qanına susamasına ad vermək olar? Deməli, onlar mənsub olduqları xristian dininə hörmətsizlik edirlər... Bunu tarixi faktlar da təsdiqləyir.

...1945-ci il 9 aprel. Erməni arxiyepiskopu Qaregin Çərəkçiyan "Daşnaksütyun" terrorçu təşkilatının fəallarından biri, Sovet İttifaqı hökumətinin heyətində təmsil olunan A.Mikoyanın köməyi ilə Kremldə Stalinlə görüşdü. Arxiyepiskop sovet hökumətinin başçısına xahişlərlə dolu iri bir siyahı təqdim etdi; yeni erməni kilsələri, onların xüsusi valyuta hesablarını açmaq, xaricdəki erməni diasporu ilə əlaqələri genişləndirmək... Ən başlıcası, dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin Ermənistana köçürülməsi ilə bağlı məsələləri həll etmək. Məhz arxiyepiskop Qareginin Stalinlə görüşündən sonra xaricdəki ermənilərin Ermənistana köçürülməsinə azərbaycanlıların isə Ermənistandan deportasiyasına hazırlıq işləri gücləndi. Qaregin isə 1945-ci il iyunun 22- VI Qevorq adıyla bütün ermənilərin "katolikosu" seçildi. Bundan bir az da cürətlənən katolikos hökumətin başçısına müraciət edərək Türkiyənin Qars, Ərdəhan torpaqlarının Sovet Ermənistanına birləşdirilməsi tələbini irəli sürdü... Bu da din mərkəzinin əsas "fəaliyyətiəməli işi".

VI Qareginin Moskvada Stalinlə görüşdə bütün ermənilərə "Vətənə" qayıtmaq çağırışı mikoyanların hiyləgərliyi sayəsində reallığa çevrildi. Yüz minlərlə azərbaycanlı evindən-eşiyindən zorla çıxarıldı, öldürüldü, yaralandı. Əslində, özünü "Allah adamı" elan edən VI Qaregin bu işlərin belə nəticələnəcəyini çox yaxşı bilirdi.

Ümumiyyətlə, Qarabağ münaqişəsi başlayandan ermənilərin din xadimləri dinlə siyasətin yerini həmişə səhv salıb. Vətən müharibəsindəki məğlubiyyətləri ilə barışmayan erməni katolikosu II Qaregin erməniləri  yeni müharibəyə səsləyir. Erməni kilsəsi həmişə bu mövqedən çıxış edir. İstər Eçmiədzində oturan II Qaregin, istərsə Kilikiyadan dünyaya şər saçan I Aram ermənilərə həmişə "qan tökün", "müharibə edin", "Azərbaycan torpaqlarını işğal edin" çağırışı edirlər. Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların Qarabağ ərazisindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına son qoyulması çağırışı ilə başladıqları etiraz aksiyasının davam etdiyi vaxtlarda erməni patriarx qeyd edib ki, Azərbaycan "qılıncını yelləməkdə" davam edir Laçın dəhlizinin "blokadası" Qarabağın ermənisizləşdirilməsinə gətirib çıxara bilər. Saxta erməni soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Böyük Kilikiya Evinin katolikosu I Aram deyib ki, "Dağlıq Qarabağ xalqı"nın öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması qəbuledilməzdirKatolikos qeyd edib ki, Ermənistan "Dağlıq Qarabağ" mümkün qədər tez aradan qaldırılmalı olan bir çox təhlükəsizlik problemləri ilə  üzləşib.

I Aram erməni xalqını birləşməyə, dialoqa çağıraraq deyib: "Azərbaycanın ərazi bütövlüyünün tanınması təkcə Dağlıq Qarabağ üçün məzar daşı olmayacaq, "Azərbaycanın iştahı daha da artacaq". Bax, burada deyirlər: "Utanmasan oynamağa var ki?". Azərbaycan öz halal haqqını  tələb edir onun uğrunda mübarizə aparır, heç kəsin torpağında gözü yoxdur, heç bir dövlətə qarşı ərazi iddiasında deyil. Buna başqa bir don geyindirməyə lüzum yoxdur, amma görünür ermənilər hər şeyi öz arşınları ilə ölçürlər. Bir ki, terrorçu bir dövlət halaldan, haramdan, haqdan, ədalətdən anlar ki?! Əgər bir dövlətin, ölkənin "Allah evində  yeni-yeni müharibələrə, daha çox torpaq əldə etməyə, qisasa çağırışlar səslənirsə, onun siyasətçisi, həkimimüəllimi, əsgəri, lap elə  dövlət başçısı necə olacaq ki? Bu gün Qareginin, Aramın cihada çağırışları isə elə  Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir.

Hələ siyasi  təhlilçilər, politoloqlar 2023- illə bağlı gözləntilərin şərhini verərkən, bu il erməni kilsəsinin  daha da fəallaşacağını demişdilər. Elə erməni katolikosu da xarici ölkələrdəki erməni lobbiləri ilə əməkdaşlığın güclənəcəyini söyləmişdi. Bu isə o demək idi ki, xaricdən maddi-mənəvi dəstək alan katolikos, kilsə yeni-yeni çağırışlar edəcəkdir.

Bütün bunlar onu göstərir ki, Ermənistanın dövləti , din xadimləri sülh istəmir... "Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma  təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik... Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik  getməyəcəyik", - deyən Azərbaycan Prezidenti bildirib ki, "sülh müqaviləsi olmasa heç lazım  da deyil. Amma sonra olacaq? Sonrasına baxarıq!".

Bəli, Azərbaycan humanist bir dövlətdir, xalqımız dövlət başçısının sülh siyasətini dəstəkləyir. Çünki biz dünyaya sülh istəyirik!..

Zümrüd QURBANQIZI,

"Respublika".