Elektron arayış
Sosial həyat

Elektron arayış

Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair 465 min elektron arayış verilib.

Nazirlikdən verilən məlumata görə, əmək münasibətləri, məşğulluq, sosial təminat, sosial sığorta, əlillik, reabilitasiya və s. sahələr üzrə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində son iki ildə 30 növ e-arayış xidməti də yaradılaraq istifadəyə verilib.

Sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları vətəndaşlar  artıq hər hansı quruma müraciət etmədən, e-qaydada əldə edə bilirlər.

“Respublika”.