Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti  MÜSABIQƏ ELAN EDILIR
Digər xəbərlər

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti  MÜSABIQƏ ELAN EDILIR

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi tədbirləri davam etdirilir.

Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir.

 

Mərkəzdə:

- fizika;

- proseslərin avtomatlaşdırılması mühəndisliyi;

- informasiya təhlükəsizliyi;

- poliqrafiya mühəndisliyi;

- əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi;

- inşaat mühəndisliyi.

 

Mərkəzin Lənkəran regional bölməsində:

- inşaat mühəndisliyi.

 

Mərkəzin yeni yaradılmış Sumqayıt regional bölməsində:

- kimya;

- əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi;

- inşaat mühəndisliyi.

Göstərilən ixtisaslarlar üzrə vəzifələrdə işləmək arzusunda olan, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Müraciət edənlər cari ilin iyun ayının 14-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:

 

- Mərkəzin inzibati binasında

(Bakı şəhəri, Xaqani küçəsi, 24, tel.: (012) 498-09-71);

- Mərkəzin Gəncə regional bölməsində

(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel.: (+99455) 710-25-31);

- Mərkəzin Şəki regional bölməsində

(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel.: (+99470) 229-30-29);

- Mərkəzin Şirvan regional bölməsində

(Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, tel.: (02121) 5-55-91);

- Mərkəzin Lənkəran regional bölməsində

(Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 13, tel.: (02525) 5-01-36, (+99450) 441-41-71).

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Mərkəzin internet səhifəsində (www.expert.gov.az) "İşə qəbul" bölməsində yerləşdirilmişdir, habelə bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə təqdim olunacaqdır.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.