Ceyhun Bayramov: Azərbaycan və qırğız xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar mövcuddur
SİYASƏT

Ceyhun Bayramov: Azərbaycan və qırğız xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar mövcuddur

Azərbaycan və qırğız xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar mövcuddur. Ölkələrimiz qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri davam etdirmək siyasəti yürüdürlər. Dövlət başçılarımız arasında səmimi münasibətlər əlaqələrin daha da inkişafına mühüm töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib: “Bu gün iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparıldı. Bir sıra istiqamətlər üzrə qarşılıqlı maraqlar ifadə edildi. Nəqliyyat marşrutlarının koordinasiya edilməsi də müzakirə olunan məsələlər sırasındadır. Müzakirələrdə qida təhlükəsizliyi, kənd təsərrüfatı, turizm kimi məsələlər də ön planda oldu. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin roluna dair fikirlərimizi bölüşdük. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin mövqelərinin qarşılıqlı surətdə dəstəklənməsinin vacibliyi vurğulandı.

AZƏRTAC