Biləsuvar : Media nümayəndələri ilə görüş
Region

Biləsuvar : Media nümayəndələri ilə görüş

Biləsuvar Rayon İcra Hakimiyyətində  Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə mətbuat nümayəndələri, sayt və qəzet rəhbərləri, televiziya əməkdaşları iştirak etdilər.

Mərasimdə Vətən müharibəsində həlak  olan  oğulların, o cümlədən  Kəlbəcər  ərazisində  minaya  düşən  jurnalistlərin  əziz  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edildi. Rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov   qeyd  etdi  ki, Azərbaycanda  yüzlərlə  mətbu  orqan - qəzet  və  jurnal  fəaliyyət  göstərir. Azərbaycan  Respublikasının  Prezidentinin  sərəncamı  ilə  “Əkinçi” qəzetinin  nəşrə  başladığı  gün —  22 İyul   Milli  Mətbuat Günü  kimi  qeyd  olunur. Başçı tədbirdə iştirak edən mətbuat nümayəndələrinə  Biləsuvar  rayonunun ictimai-siyasi, sosial-iqtisadi, tikinti, quruculuq, kənd təsərüfatı və digər sahələrdə görülən işləri mətbuatda mütəmadi işıqlandırdıqlarına görə minnətdarlığını bildirdi.

Rayon rəhbərliyi tərəfindən tədbir iştirakçılarına Fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Ərəstun ABDULOV,

“Respublika”.