Biləsuvar, Ağdaş və Goranboy  rayonlarında torpaq kanallar beton üzlüyə alınır
Region

Biləsuvar, Ağdaş və Goranboy  rayonlarında torpaq kanallar beton üzlüyə alınır

 Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qarşısında  duran   əsas   vəzifələrdən   biri  torpaq   kanalların  beton   üzlüyə    alınmasıdır ki,  fermerlərin   əkin  sahələrinin   suvarılmasında su   itkisi   olmasın   və ya çox  az   olsun.  Son  iki  il   ərzində Cəmiyyət  bu   istiqamətdə   az  iş   görməyib.

Cəmiyyətin   mətbuat   xidməti   bildirir  ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının (BİEA) Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən hazırda Biləsuvar rayonunda torpaq məcralı kanallar beton üzlüyə alınır. Cənubi Muğan Kanalından ayrılan və bir-neçə qoldan biri olan R-1 kanalında işlər sürətlə həyata keçirilir. Kanalın 2021-ci ildə 200 metr hissəsi beton üzlüyə alınıb. 2022-ci ildə isə 600 metrdən artıq hissəsinin betonlaşması  nəzərdə tutulub  və  həyata   keçirilib. İşlər bu il də davam edir.

Analoji tədbirlər Goranboy və Ağdaş rayonlarında da aparılıb. BİEA-nın Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi bu rayonlarda meliorativ tədbirlərini davam etdirir.

Nəriman  CAVADOV,

“Respublika”.