Bakıda
Siyasət

Bakıda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans işə başlayıb

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda "İslamofobiya irqçiliyin ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi beynəlxalq milli səviyyədə müsəlmanları əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılır.

Konfransın açılış mərasimində əvvəlcə BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Videomüraciətdə Migel Anxel Moratinos bildirib ki, BMT Baş Assambleyası 15 mart tarixini islamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib. İslamofobiyanın termin kimi istifadə olunduğunu söyləyən Migel Anxel Moratinos təəssüflə qeyd edib ki, bu irqçiliyin ifadəsidir: "Dünyada İslama sülh dini kimi baxılır. Təkallahlılıq dini kimi bu məfhumlar qorunmalıdır. İslamofobiyanın qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır, qorxudur".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ötən il BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinə dair qətnamənin qəbulunun birinci ildönümündə tanınmış ekspertlərin iştirakı ilə belə genişmiqyaslı beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın keçirilməsini şərtləndirən əsas səbəblərdən biri islamofobiyanın artması dünyada bu istiqamətdə vəziyyətin getdikcə pisləşməsidir: "Təbii ki, biz hamı kimi vəziyyətdən çox narahatıq. İkincisi, Azərbaycan da İslam mədəniyyətinin tarixinin bir parçasıdır. Dünyəvi multikultural dövlət olmağımıza rəğmən, cəmiyyətimizin əksəriyyəti müsəlmandır. Ən vacib səbəblərdən biri isə Azərbaycanın Bakının mədəniyyətlərarası dinlərarası dialoqda oynadığı mühüm roldur".

Son vaxtlar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəzi Qərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayıldığını qeyd edən R.Həsənov bildirib: "İslamofobiya media tərəfindən təbliğ edilir müxtəlif ekstremist qrupların şüarlarına daxil edilir. Məsələn, Fransada islamofobiya təkcə cinayətlərə nifrət ayrı-seçkiliklə məhdudlaşmır, həm yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Fransada bir çox müsəlman məşğulluq əməkhaqqı məsələsində ayrı-seçkilik ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcə daha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları dini baxışlarına görə təhsil sahəsində çətinliklərlə üzləşirlər. Bəzən bir sıra ölkələrdə demokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeni qanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur".

İslamofobiyaya qarşı fəal mübarizənin aparılmasında təhsil, media təmsilçiliyi inklüziv siyasi müzakirələrin önəmini qeyd edən Rəvan Həsənov bildirib ki, bu, hökumətlərdən, vətəndaş cəmiyyətindən fərdlərdən hamı üçün tolerantlığın, hörmətin anlaşmanın təşviqi istiqamətində işləməyi tələb edir. Bunun əksinə olaraq, İslam kimi sülhü təbliğ edən dini terrorla əlaqələndirmək bu cür mənfi təbliğat yaymaq heç bir cəmiyyətə dövlətə fayda verməyəcək. Əksinə, o cəmiyyətlərdə nifrət nitqini ayrı-seçkiliyi artıracaq.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq Baş katibi Ekmələddin İhsanoğlu konfransda çıxış edərək bildirib ki, İslam dini Qərb üçün yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. Müsəlmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar. "Elə etməliyik ki, hamı çoxmədəniyyətlilik məfhumunu qəbul etsin. Bu, çox vacibdir. Özümüzü həmişə tənqid etməyə çalışmalıyıq. Bizim ritorikamız dəqiq düzgün olmalıdır. Münaqişələr göstərir ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə qarşılıqlı etimad yaratmaq lazımdır. Müsəlmanlar da yeni sülh erası istəyirlər", - deyə Ekmələddin İhsanoğlu vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, müsəlmanlara qarşı mədəni siyasi baxımdan qərəzli münasibət var. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini xüsusi vurğulayan Fərid Şəfiyev bildirib ki, bu münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.

"İslamofobiya anlayışının həm dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə, iqtisadiyyatına sosial həyatına ciddi təsiri var. Məhz bu səbəbdən İslamofobiya müxtəlif kontekstlərdə ciddi nəticələr doğurur", - deyə Fərid Şəfiyev diqqətə çatdırıb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu gün dünyada islamofobiyanın öz aktuallığını saxladığını söyləyib. İslamofobiyaya qarşı mübarizədə dialoq müzakirələrin önəmini qeyd edən Kol Durham bu baxımdan rəhbərlik etdiyi Fondun fəaliyyətindən danışıb. Hazırda qarşıda duran çağırışlardan birinin dini liderlərin bu prosesə səfərbər edilməsi olduğunu söyləyən qonaq deyib: "Dini liderlər çox vaxt təhdidlərlə üzləşirlər. G20 dinlər arasında sülhün bərqərar olmasına xüsusi diqqət ayırır. Biz qütbləşmiş dünyada yaşayırıq bundan əziyyət çəkirik. Ona görə qütbləşmənin azaldılması istiqamətində fəaliyyətimizi artırmalıyıq".

Çıxışlardan sonra islamofobiyaya dair filmin təqdimatı olub.

***

Plenar sessiya:

İslamofobiya və  yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti

Konfrans çərçivəsində "İslamofobiya yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti" mövzusunda plenar sessiya keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil daimi insan haqları komissiyasının üzvü Aydın Səfixanlı konfransın məhsuldar effektiv müzakirələr üçün mühüm platforma olduğunu vurğulayaraq deyib: "Heç kimin dini azadlığını məhdudlaşdırmaq olmaz. Bu beynəlxalq hüquqa da ziddir. İslamofobiya dedikdə İslama qarşı müəyyən ölkələrdə bəzi alçaldıcı davranışlar, müsəlmanlara qarşı təhqiredici hərəkətlər nəzərdə tutulur. Fransa, İsveç kimi ölkələr buna nümunədir. Təəssüf ki, Fransada irqçilik institutlaşdırılır bu proses getdikcə dərinləşməkdədir. Bəzi ölkələrdə təxribat xarakterli fotoşəkillər hazırlanır, müsəlmanlar alçaldılır, "Qurani-Kərim" yandırılır. Bütün bunlar qəbuledilməzdir. İnsanların həssas olduğu dəyərlərə, inanclarına toxunmaq yolverilməzdir".

Son dövrlər islamofobiya hallarına daha çox rast gəlindiyini vurğulayan A.Səfixanlı xüsusilə Ermənistanın işğal dövründə Azərbaycanın tarixi-dini abidələrini məhv etməsinə diqqət çəkib. Bildirib ki, Ermənistan işğal dövründə İslam dininə aid mədəniyyət nümunələrini, məscidləri təhqir edib, dağıdıb. Ən dəhşətlisi odur ki, müsəlmanlar dini inanclarına türk olduqlarına görə ermənilər tərəfindən soyqırımına məruz qalıblar. Dünyada mövcud olan ikili standartlar bu cür faciələrə yol açır. Ermənistan bu hərəkətləri Fransadan örnək götürüb. Fransa Əlcəzair xalqına Afrikanın bir sıra ölkələrində müsəlmanlara qarşı qəddar soyqırımları həyata keçirib. Bu cür əməlləri həyata keçirən insanlar mütləq cəzalandırılmalıdır".

Lids Universitetində Sosiologiya sosial siyasət məktəbinin rəhbəri Salman Sayyid islamofobiyanın sürətlə yayılmasının ciddi ağır nəticələr doğurduğunu qeyd edib, bu baxımdan belə müzakirələrin önəmini vurğulayıb. "İslamofobiya gündəlik hadisələrdən soyqırımına qədər dəyişə bilər. Hicabın insanların üzərindən qəsdən çıxarılması, "Qurani-Kərim"in yandırılması digər əməllər yayılmaqda davam edir. Müsəlman qadınlara qarşı islamofobiya hallarına daha çox rast gəlinir. Yadda saxlamaq lazımdır ki, islamofobiyanın artmasına bəzən hökumətlər səbəb olur. Fransa, Avstriya buna nümunədir. İslamofobiya qlobal məna alıb müxtəlif vasitələrlə həyata keçirilir. İslamofobiya İslam dini ilə bağlı deyil, müsəlmanlara qarşıdır, onların alçaldılması, diskriminasiyaya məruz qalması məqsədi güdür. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün birləşməliyik. Bu, siyasi mübarizədir".

Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə islamofobiyanın Cənubi Asiyanın bəzi ölkələrində sürətlə artmaqda olduğunu vurğulayaraq deyib: "Müsəlmanlara qarşı qərəzli münasibət göstərilir. Milyonlarla müsəlman vətəndaşlığını buna görə itirib. Müsəlmanların bizneslərinin dağıdılması ilə bağlı məlumatlar var. Eyni zamanda, müsəlmanlara qarşı təcavüz halları da xeyli artıb. Ümumiyyətlə, dünyada İslam mədəniyyəti müsəlmanlara qarşı müxtəlif siyasətlər həyata keçirilir".

İslam Mədəniyyəti Misir İnstitutunun rektoru Mohamed Al Sahhat Al Cindi hazırda dünyanın müxtəlif ölkələrində xeyli çətinliklərlə üzləşən müsəlmanlara qarşı təhqiredici hərəkətlər edildiyini deyib. Bildirib ki, İslam dini dünya dinlərinə hörmət göstərir qarşılığını tələb edir. İslamda qadınlara yüksək ehtiram göstərilir.

İslamofobiyanın düşmənçilik yaratmaq məqsədilə ortaya atıldığını qızışdırıldığını qeyd edən rektor bildirib: "Bəzi ölkələrdə İslam haqqında insanlara yanlış məlumat verilir, müsəlmanların hüquqları tapdalanır, onlar öldürülür. Bütün bunlar qəbuledilməzdir. İnsanlar sülh içində yaşamalıdırlar. Kimsə müsəlmanı öldürərsə, İslamı təhqir edərsə, geyimlərə qarşı olarsa bu, onlarda fikir ifadə azadlığı sayılır. Bu, xüsusən Qərb ölkələrində baş verir. Müsəlmanlar dünya əhalisinin mühüm hissəsini təşkil edirlər. Biz istəyirik ki, hər birimiz dinc şəraitdə yaşayaq. Müsəlman olaraq dini inancımızla qürur duyuruq bu, bizim hüququmuzdur".

Veyn Dövlət Universitetinin Yaxın Şərq, Asiya qlobal tədqiqatların tədrisi üzrə dosenti Saed Ahmed Xan çıxışında müsəlmanların bir çox ölkələrdə qorxu altında yaşadıqlarını qeyd edib: "Müsəlmanlara qarşı ayrı-seçkilik hallarına şərait yaradan qanunların qəbul olunması, onların alçaldılması cəhdləri qeyri-insani addımlardır. Biz bəzi dövlətlərin bunu qəsdən daha da qızışdırdığını görürük. Dövlətin roluna gəldikdə, bu barədə onlar düşmənçilik siyasətini pərdələnmiş şəkildə həyata keçirirlər. Təəssüf ki, müsəlman təşkilatlarının fəaliyyəti media tərəfindən daha az işıqlandırılır. Müsəlmanlar islamofobiyaya qarşı birgə mübarizə aparmalıdırlar".

Bosniya Herseqovinanın Elm İncəsənət Akademiyasının prezidenti Ferid Muhik dünyanın bir çox ölkələrində müsəlmanlara qarşı açıq şəkildə zorakılığın həyata keçirildiyini qeyd edib: "İslamla bağlı bir çox ölkələr tərəfindən saxtalaşdırma cəhdləri edilir. İslamofobiya müsəlmanlara qarşı ayrı-seçkiliklə nəticələnir bütün bunlar hazırda dövlətlər tərəfindən sui-istifadə olunmaqdadır. Ancaq unutmaq lazım deyil ki, Avropa bəzi dəyərləri İslam dinindən götürüb".

***

Birinci aralıq sessiyası: İslamofobiya: Avropa milli qanunvericilik

Forum çərçivəsində keçirilən "İslamofobiya: Avropa milli qanunvericilik" mövzusunda birinci aralıq sessiyasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova moderatorluq edib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan iclasda çıxış edərək bildirib ki, islamofobiya xüsusilə Avropada geniş vüsət alıb müsəlmanlar bununla bağlı ciddi travmalara məruz qalırlar. Avropanın bəzi ölkələrində "Qurani-Kərim"in yandırılmasının beynəlxalq ictimaiyyət tərəfindən qınandığını qeyd edən T.Ayhan deyib: "Bizim qurumun əsas məqsədi sülhə dəstək göstərməkdir. İslamofobiyanın köklü şəkildə aradan qaldırılmasını arzu edirik. İslamofobiya ilə mübarizə üçün hökumətlər bəzi qərarlar qəbul etməlidirlər. Cəmiyyətlər daxilində müzakirələr təşkil olunmalıdır. İslamofobiya insanlığa qarşı ciddi problemdir. Beynəlxalq təşkilatlar tolerantlığı təşviq etməlidir".

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri daimi müşahidəçisi İsmet Cahan Avropada yayılan islamofobiya hallarının qarşısının alınması üçün ciddi həll yollarının tapılmasının vacibliyini bildirib: "İslamofobiyaya qarşı ən yüksək səviyyədə tədbirlər görülməlidir. Biz bununla bağlı müəyyən işlər görməliyik. Xüsusilə qadınlar İslam dininin buyurduğu geyimlərdə olduqda onlara qarşı alçaldıcı zorakı hərəkətlərə daha çox rast gəlinir. Hətta onların guya "azad edilməsi" ilə bağlı çağırışlar da eşidilir. Avropalıların İslamla bağlı bilikləri artırılmalıdır. Bakıdakı konfrans yaxşı fürsətdir".

Avropa-Türk-İslam İttifaqının Prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi İslam dininin Avropaya yayılmasından, həmçinin müsəlmanların müxtəlif sahələrdə fəaliyyətindən söhbət açıb: "Avropanın bir çox ölkələrində İslam dininə qarşı nifrət artmaqda davam edir. Müsəlmanların ölkələrindən getməyini istəyirlər bu dinlərarası problemlər yaradır. Avropaya sırf işləmək üçün gedən bəzi türklərə qarşı terror hadisələri həyata keçirildi. İslamofobiyanın olduğu ölkələrə ciddi çağırışlar, müraciətlər edilmədikcə bu hallar davam edəcək. Bununla bağlı ciddi qərarlar qəbul olunmalıdır".

Türk Alman Universitetinin Beynəlxalq əlaqələr siyasi elm departamentinin rəhbəri Enes Bayraklı hazırda dünyada islamofobiyanı qlobal trendə çevrilməkdə olduğunu qeyd edib: "Bu trend hazırda təhlükəli vəziyyət almaqdadır. Bəzi qərb ölkələrində islamofobiya ilə bağlı hadisələrə göz yumulur bununla bağlı məlumatlar qeydə alınmır. Bu konfrans İslam dinini hədəfə alan belə əməllərin qarşısının alınması ilə bağlı qərarların qəbulu baxımından çox faydalıdır. Avropada müsəlmanlara qarşı yaranmış ayrı-seçkilik milyonlarla insanın həyatına ciddi təsir göstərir. Bu istiqamətdə geniş maarifləndirmə tədbirləri həyata keçirilməlidir".

AMEA-nın Şərqşünaslıq İnstitutunun Din ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Leyla Məlikova çıxışında hazırda dünyada plüralizm probleminin yaşandığını qeyd edərək deyib: "Hazırda Fransa kimi ölkələrdə islamofobiya geniş yayılır. Bir çox ölkələrdə antimüsəlman tendensiyası bir neçə il öncə özünü şiddətli şəkildə büruzə vermişdi. Fransız cəmiyyətində müsəlmanlar barbar olaraq təsvir edilir nəticədə onlar zorakılığa məruz qalırlar. İslamofobiya ilə bağlı araşdırmalar nəticəsində məlum olur ki, bu proses Fransada hələ orta əsrlərdən başlayıb. Onlar İslamı müasirliyə qarşı maneə hesab edirlər. Bəzi ölkələrdə bununla bağlı konkret hadisələr yaşanıb. Fransızlar demək olar ki Əlcəzair əhalisinin üçdəbirini qətlə yetiriblər bunu xüsusi amansızlıqla törədiblər. Onlar digər müstəmləkələrdə qəddar siyasət həyata keçiriblər. Fransa Nigeriyada da vəhşiliklər həyata keçirib".

Sosial Dayanıqlılıq İnstitutunun nümayəndəsi İbrahim Yerden çıxışında Qərbi Avropada siyasətin dövlətin islamofobiyaya təsirindən danışıb. Qeyd edib ki, islamofobiya irqçiliyin geniş yayılmış növlərindən biridir. Qərbdə baş verən hadisələri birbaşa İslam dininə aid etmək absurddur. Bu mənada Bakıda keçirilən bu konfrans İslam aləmi üçün xüsusi əhəmiyyət daşıyır.

***

Bakı konfransının növbəti iclasında Qərbdə müsəlmanlar haqqında konspiroloji nəzəriyyələrə dair müzakirələr aparılıb

Beynəlxalq konfransın növbəti aralıq sessiyası "Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspiroloji nəzəriyyələr: Böyük yerdəyişmə nəzəriyyəsi" mövzusuna həsr olunub.

 "Haider Global" şirkətinin baş icraçı direktoru Saccad Kərimin moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edən Sivilizasiyaların Mübadilə Əməkdaşlığı Fondunun təsisçisi prezidenti Mohamed Başar Arafat hazırda dünyanın müxtəlif bölgələrində ciddi münaqişələrin yaşandığını qeyd edib. O, münaqişələrin qarşısının alınması üçün ciddi səy göstərilməsinin mühüm qərarların qəbul edilməsinin önəmini vurğulayaraq bildirib: "Müsəlmanlar islamofobiyaya qarşı uğurla mübarizə aparmaq üçün ilk növbədə, gənclərin İslamı yaxşı tanımalarına fürsətlər şərait yaradılmalıdır. Bu məqsədlə aparıcı beyin mərkəzləri ilə səmərəli əməkdaşlıq həyata keçirilməlidir".

Notr-Dam Universitetinin İslam düşüncəsi müsəlman cəmiyyətləri departamentinin əməkdaşı, professor İbrahim Musa fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, müsəlmanlar əvvəlcə öz aralarında müəyyən məsələlərdə razılığa gəlməlidirlər. Əks halda islamofobiya hallarının güclənməsinin qarşısını almaq mümkün olmayacaq. İslam dininin tarixindən danışan İ.Musa çıxışında digər dinlər ilə İslam arasında bənzərlik fərqliliklərdən bəhs edib.

Corctaun Universitetinin Müsəlman-xristian anlaşması üzrə Alvaled Mərkəzinin "Körpü təşəbbüsü"nün baş tədqiqatçısı Arsalan İftixar bildirib ki, dünyanın bir çox yerində müsəlmanlara "ikinci dərəcəli" insanlar kimi davranılır. Bəzi ölkələrdə müsəlmanlarla bərabər yəhudilərə qarşı da ayrı-seçkilik nümayiş olunur. Məscidlərə, sinaqoqlara hücumlar törədilib. Avropalılar digər Qərb ölkələri fikirləşirlər ki, İslam dininin nümayəndələri onların ölkələrinə köçərək gələcəkdə oranı müsəlman etmək niyyətindədir. Müsəlmanlar öz dinini qorumalı, digər dinlərin nümayəndələrinə, gənclərə gələcək nəsillərə düzgün şəkildə çatdırmalıdırlar.

"Monitor İslamofobiya" layihəsində müstəqil tədqiqatçı İneke van der Valk qeyd edib ki, son illər irqçiliyin bir forması kimi müsəlmanlara qarşı da təhqiredici hərəkətlərə yol verilməsi sürətlə yayılmaqdadır. Bir çox ölkədə İslam dininə etiqad edən şəxslərə müəyyən maneələr yaradılır, onların cəmiyyətdən təcrid olunmasına cəhdlər göstərilir. İslamofobiya radikal ideologiyalardan irəli gəlir. Qərbi Avropada artıq 20 ilə yaxındır ki, İslama qarşı müəyyən kampaniyalar təşkil olunur.

Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Ahmet Uysal qeyd edib ki, əksər dövlətlər müsəlman ölkələrinin inkişafını müsəlmanların güclü olmasını istəmirlər. İslam dininin nümayəndələri kifayət qədər elmli olmalı müasir dünyanın tələblərinə cavab verməlidirlər: "Birinci Dünya müharibəsi zamanı Qərbdə belə bir fikir formalaşmışdı ki, guya müsəlmanlar onlara qarşı soyqırımı həyata keçirmək, onları öldürmək istəyirlər. Lakin real həyatda biz hər zaman müsəlmanların zülmə məruz qalmalarının şahidi olmuşuq. Türkiyə bəzi ölkələrdə müsəlmanların mərkəzi elan olunmaqdadır. Türkiyə hazırda islamofobiyaya qarşı ciddi mübarizə aparır dünyada İslama qarşı edilən alçaldıcı hərəkətlərə tez sərt reaksiya verir. İslamofobiyanın qarşısının alınması üçün gənclər ətraflı maarifləndirilməli, dinə bağlılıq sevgi hissi aşılanmalıdır".

***

Üçüncü aralıq sessiyası: Fransada islamofobiya

Beynəlxalq konfransın növbəti aralıq sessiyası "Fransada islamofobiya" mövzusuna həsr olunub.

Siyasi analitik, tədqiqatçı Anastasiya Lavrinanın moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edən Belçikanın Avropa İnkişaf Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss müsəlmanlara qarşı ayrı-seçkiliyin avropalılara da təsir etdiyini deyib. Bildirib ki, bu, Avropa üçün təhlükəsizlik baxımından çox vacib məsələdir. O, eyni zamanda qeyd edib ki, islamofobiyanın geniş vüsət almasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da böyük rolu vardır. Alimlər elmi tədqiqatlar zamanı İslam dini ilə bağlı axtarış apararkən müxtəlif saytlarda çoxsaylı fərqli məlumatlar ortaya çıxır. Bu da həqiqət axtarışında çətinliklər yaradır.

Politoloq ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat bildirib ki, Fransa artıq xristian cəmiyyəti deyil, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransada siz öz inancınıza məxsus hansısa atributla gəzsəniz, bu, qeyri-qanuni hesab olunacaq. Onun sözlərinə görə, Fransada olan islamofobiyanın digər bir səbəbi "Fransa üslublu dünyəvilik"dir.

"Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. On il əvvəl müsəlmanlarla bağlı kiçik bir mübahisə olardısa, o kriminallaşdırılardı. Artıq Fransa hökuməti hərəkətləri yox, düşüncələri kriminallaşdırır. Müsəlman vətəndaşların fikirləri kriminallaşdırılır", - deyə politoloq əlavə edib.

Tarixçi, "İslamofobiya lüğəti" kitabının müəllifi Kamil Meziti qeyd edib ki, Fransa son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə gəlib çıxıb. Bu ölkədə Fransa Respublikası dəyərlərinə xas olmayan proseslər baş verməyə başlayıb.

Fransada müsəlmanlar üçün mühitin yaxşı olmadığını bildirən Kamil Meziti deyib: "Onlar deyir ki, müsəlmanlar Fransa cəmiyyətini zəbt edib. Müsəlmanları, eyni zamanda, potensial terrorçu kimi görür, terrorçularla eyniləşdirirlər. Terror aktları baş verdikdə müsəlmanlara işarə edilməməlidir. Nəyə görə birinci müsəlmanlar haqqında düşünülür? Biz birlikdə yaşayırıq. Hamımız birlikdə islamofobiyaya qarşı mübarizə aparmalıyıq".

Rutgers Universitetinin Hüquq Məktəbinin hüquq sosial ədalət üzrə tədqiqatçısı Saha Aziz diqqətə çatdırıb ki, Fransada məktəblərdə hicaba qarşı qadağa patriarxat bir qərardır. Bu qərar yalnız həmin şəxsin seçimindən asılı olmalıdır. Bu, qadınlara qarşı çox aqressiv yanaşmadır. O deyib ki, ABŞ-da belə bir fikir var ki, müsəlman azlıqlar şəriət cəmiyyəti qurmaq istəyirlər. Amma müsəlman əhalisi çoxluq təşkil edən ölkələrdə belə şəriət cəmiyyəti yoxdur.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Rauf Məmmədov deyib ki, bu gün dünyada İslama qarşı təzyiqlər digər dinlərlə müqayisədə daha çoxdur. Fransa müsəlman əhalisi ən çox olan Avropa ölkəsidir. Belə ki, bu ölkənin əhalisinin 9 faizi müsəlmanlardır. O bildirib ki, 2020-ci ildən Fransada 89 məscid, 650- yaxın ibadət yeri bağlanıb, iki imam deportasiya edilib. "Fransa hakimiyyəti 1989-cu ildən başlayaraq, müsəlman əhalisi çox olan şəhərlərdə özlərinin icmalarını yaratmağa başladılar. Bu, məhdudlaşdırma siyasətinin bir parçası idi. Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə islamofobiya daha da artıb. Müsəlmanlar polislər tərəfindən təqib edilir. Fransada bəzi elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox",- deyə R. Məmmədov bildirib.

***

Bakı konfransında "Korsika məsələsi təməl insan hüquqlarının pozulması" mövzusunda ictimai müzakirə keçirilib

"İslamofobiya irqçiliyin ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Korsika məsələsi təməl insan hüquqlarının pozulması" mövzusunda QHT-lərin təşəbbüsü ilə ictimai müzakirə keçirilib.

"Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri Səadət Bənənyarlının moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Asim Mollazadə son vaxtlar Fransada baş verənlərin təhlükəli vəziyyət yaratdığını deyib. Bildirib ki, bu, Avropa dəyərlərinin prinsiplərinin kobud şəkildə pozulmasıdır. Belə ki, əhalisi 150 min nəfər olan əhali xalq adlanmaq hüququnu itirib.

Deputat qeyd edib ki, korsikalıların öz dillərində danışmaq hüququ var. Korsikalılar öz hüquqlarını qorumağa çalışacaqlar. Mümkün deyil ki, Avropanın mərkəzində belə bir vəziyyət olsun. "Fransa hökuməti bu məsələ olduğu halda, hansısa qondarma "artsax" məsələsi ilə məşğul olmaq istəyir. İnanıram ki, Fransa xalqı bu təhlükəli vəziyyətdən çıxış yolu tapacaq. Bu, Fransa Respublikasının azadlıq qardaşlıq prinsiplərinin pozulmasıdır", - deyə A.Mollazadə diqqətə çatdırıb.

İctimai müzakirədə çıxış edən "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev deyib ki, Korsika dilinin qadağan edilməsi Fransanın təcavüzünün daha bir bariz göstəricisidir. Bu qərar təkcə korsikalılarda deyil, beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında da haqlı etirazlara səbəb olub. Fransanın Şimali Afrika ərəb ölkələrində tarixən törətdiyi cinayətləri yadına salmaq lazımdır. Fransa tarixi müstəmləkəçilik iddialarından ayrılmaq istəmir. Bu ölkə beynəlxalq hüquq normalarına əməl etməli, mənəvi dəyərlərə hörmətlə yanaşmalıdır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Korsika dilinin qadağan edilməsini bəşəriyyət üçün rüsvayçı hadisə kimi qiymətləndirib. Diqqətə çatdırıb ki, Fransa dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən ölkədir. Dünyada buna son qoyulsa da, Fransa yeni müstəmləkəçilik siyasətini davam etdirir.

"Təəssüf ki, Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi çıxış edir. Fransanın milli azlıqlara qarşı əsas prinsipləri pozması, bu yöndə cinayətlərin törədilməsi geniş vüsət alıb. Hesab edirəm ki, Korsika məsələsi məhz bu yöndə həyəcan təbilidir. Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın suveren ərazisində qondarma bir "dövlət"in qondarma "haqlarını" müdafiə edir. Fransa ölkələrin daxili işlərinə qarışır. Fransa bu gün Qarabağda yaşayan ermənilərin separatizmə meyl etməsi üçün dəstək verir", - Milli Məclisin deputatı bildirib.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə diqqətə çatdırıb ki, Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti yürüdür. Tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edib onların dialektlərinin rəsmi istifadəsini qadağan edib. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələblərini pozub. Bu sənədlər arasında 1789-cu il böyük fransız inqilabının ən mühüm sənədi olan fərdi insan hüquqlarını müəyyən edən İnsan Vətəndaş Hüquqları Bəyannaməsi var. Bastia Məhkəməsinin son qərarı, eləcə Fransanın korsikalılara qarşı ayrı-seçkilik siyasəti ilk növbədə Bəyannamənin 11-ci maddəsinin pozulmasıdır.

O.Qəhrəmanzadə deyib ki, Fransa hökumətinin həyata keçirdiyi müstəmləkəçilik assimilyasiya siyasəti beynəlxalq hüquqa hörmət edən ictimaiyyət tərəfindən daha sərt şəkildə qınanmalıdır.

Milli Məclisin deputatı Kamal Cəfərov Fransanın Korsikaya qarşı qeyri-insanı siyasət yürütdüyünü söyləyib. Qeyd edib ki, korsikalılar öz dilində danışmaq istəyir, lakin fransızlar tərəfindən buna icazə verilmir. Fransa korsikalıların bu davranışını özlərinə zidd hesab edirlər. Korsika dili 150 min insan tərəfindən danışılır. İngilis dilində təhsil almağa icazə verilir, lakin Korsika dilinə icazə yoxdur.

Çıxışlardan sonra sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb.

***

Beynəlxalq ictimaiyyət müsəlman qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir qarışıq dini əhaliyə malik münaqişə postmünaqişə zonalarında bu cür tendensiyaların olması barədə məlumatlar gəlir. Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Xüsusilə Avropanın bəzi ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranan bu cür stereotiplər Avropa mədəniyyət dəyərlərinə zidd olaraq bu damğalamanın (stiqmatizasiya) kəskinləşməsinə izolyasiya siyasətinə gətirib çıxarır.

Son illər beynəlxalq təşkilatların çağırışlarına islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq, antiislam məzmunlu qanunların irəli sürülməsi ya qəbuluna, həmçinin milli maraq dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir bu qanunlar islamofobiya digər növ irqçilik ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa təhlükəli şəkil almağa başlayıb İslam dininin terrorizmlə eyniləşdirilməsi ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır.

Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması mütəmadi davamlı əsasda beynəlxalq konfransın bazasının yaradılmasını alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasını labüd edir. Bakının ev sahibliyi etdiyi "İslamofobiya irqçiliyin ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC